Türkiyə bələdiyyəsi yanğınsöndürmə maşını alacaq
Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin Yanğın və Fəlakət İdarəetmə İdarəsi 4 ədəd nərdivanlı yanğınsöndürən maşının alınması üçün tender keçirəcəyini açıqlayıb. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq maşınların 15 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.
Türkiyənin bəzi vilayətlərində məktəblərdə dəsrslərəf fasilə verilib
Türkiyənin Kahramanmaraş vilayətində intensiv qar yağışı səbəbindən bütün məktəblərdə tədrisə bir günlük fasilə verilib. Kahramanmaraş Valiliyindən verilən məlumata görə, ötən gündən başlayan və bu gün də davam edən qar yağışı, eləcə də qarşıdakı günlərdə gözlənilən güclü buzlanma və şaxta riski nəzərə alınaraq, 2 yanvar 2026-cı il, cümə günü vilayət üzrə rəsmi və özəl bütün təhsil müəssisələrində dərslər dayandırılıb.
Malatyada 300 mininci mənzil ailələrə təhvil verilir
Mərasimdə ümumilikdə 54 min 200 müstəqil bölmənin təhvil verilməsi nəzərdə tutulur. Bunlara 43 min 727 mənzil, 4 min 69 iş yeri və 6 min 404 kənd evi daxildir. Tədbir çərçivəsində Hatay, Kahramanmaraş və Adıyaman şəhərləri ilə canlı bağlantı da qurulacaq.
Azərbaycan xalqının həmrəyliyini heç vaxt unutmayacağıq - Ərdoğan
"Səninləyəm, Türkiyəm" deyib, yardıma qaçan Azərbaycan xalqının həmrəyliyini heç vaxt unutmayacağıq.
Azərbaycan dəstəyi ilə tikilən 49 mindən çox evi sahiblərinə təhvil veririk - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycan tərəfindən inşa edilən “Azərbaycan məhəlləsi” də daxil olmaqla, zəlzələdən zərər çəkmiş bölgələrdə 49 min 56 evin və iş yerinin sakinlərinə təhvil veriləcəyini açıqlayıb.
Kahramanmaraşta Azərbaycan Məhəlləsində açar təslimi mərasimi keçiriləcək
Azərbaycan Məhəlləsində həyat başlayır- Kahramanmaraşda "Güclü Sabaha Birlikdə" mərasimi keçiriləcək.
Türkiyə Bələdiyyəsi İnşaat Ləvazimatları Satın Alacaq
Türkiyənin Kahramanmaraş şəhərinə bağlı Ekinözü Bələdiyyəsi tərəfindən inşaat materiallarının alınması məqsədilə tender elan edilib.