4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Malatyada 300 mininci mənzil ailələrə təhvil verilir

Mərasimdə ümumilikdə 54 min 200 müstəqil bölmənin təhvil verilməsi nəzərdə tutulur. Bunlara 43 min 727 mənzil, 4 min 69 iş yeri və 6 min 404 kənd evi daxildir. Tədbir çərçivəsində Hatay, Kahramanmaraş və Adıyaman şəhərləri ilə canlı bağlantı da qurulacaq.

6 Sentyabr 2025 10:37
Malatyada 300 mininci mənzil ailələrə təhvil verilir

BAKI,AzerVoice, Fərid Mikayılov

Zəlzələ bölgəsində inşa olunan 300 mininci mənzilin açar təhvil mərasimi bu gün Malatyada keçiriləcək.

AzerVoice xəbər verir ki, tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum iştirak edəcək.

Mərasimdə ümumilikdə 54 min 200 müstəqil bölmənin təhvil verilməsi nəzərdə tutulur. Bunlara 43 min 727 mənzil, 4 min 69 iş yeri və 6 min 404 kənd evi daxildir. Tədbir çərçivəsində Hatay, Kahramanmaraş və Adıyaman şəhərləri ilə canlı bağlantı da qurulacaq.

  • Hatayda 18 min 348
  • Malatyada 11 min 47
  • Kahramanmaraşda 6 min 411
  • Adıyamanda isə 1 min 474 mənzil ailələrə təqdim ediləcək.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyii Nazirliyinin məlumatına görə, 6 fevral 2023-cü il Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra 11 şəhərdə 174 ərazidə, 3 min 481 tikinti sahəsində işlər davam edir.

Yeni təhvilatlarla birlikdə bölgədə indiyədək istifadəyə verilən mənzil sayı 249 min 824, iş yeri sayı 8 min 907, kənd evi isə 46 min 105 olacaq. Bununla ümumi təhvil edilən müstəqil bölmələrin sayı 304 min 836-ya çatacaq.

Rəsmi məlumata görə, bölgədə saatda 23, gündə 550 mənzil inşa edilir və fasiləsiz, 7/24 rejimində işlər aparılır.

İlin sonuna qədər 452 min 983 müstəqil bölmənin təhvil verilməsi planlaşdırılır. Bunun 358 min 859-u mənzil, 31 min 307-si iş yeri, 62 min 817-si isə kənd evi olacaq.

“Təhvil verəcəyimiz 300 mininci mənzillə birlikdə zəlzələdən zərər çəkən qardaşlarımıza söz verdiyimiz 453 min evin 70 faizini tamamlamış olacağıq. Bu da hər 3 insandan 2-sinin evinə qovuşması deməkdir. İnşallah, söz verdiyimiz kimi ilin sonuna qədər bütün vətəndaşlarımıza evlərini və iş yerlərini təqdim edəcəyik”- deyə Kurum bildirib.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Malatya #Kahramanmaraş #Murat Kurum #Adıyaman #Zəlzələ diplomatiyası #2023 Kahramanmaraş zəlzələsi #Türkiyənin Ətraf Mühit #Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.