Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib
ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının püşkatma mərasimi keçirilib.
Qırğızıstanın 25 mindən çox vətəndaşı xaricdə səsvermədə iştirak edib - Qırğızıstan seçkiləri
Bișkek vaxtı ilə 1 dekabr 2025-ci il gecə yarısı Qırğızıstanın Rusiyada, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Qətərdə, Misirdə və Küveytdə yerləşən 80 xarici seçki məntəqəsində səsvermə prosesi başa çatıb. Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, eyni saatlarda ölkə hüdudlarından kənarda yerləşən daha 20 seçki məntəqəsində səsvermə davam edir. Həmin məntəqələr ABŞ, Böyük Britaniya, Macarıstan, Almaniya, Avstriya, Çexiya, Slovakiya, İtaliya, Belçika, İsveçrə və Fransada fəaliyyət göstərir.
Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb
Qırğızıstanda keçirilən növbədənkənar parlament seçkilərində səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Çexiyada antisemitizm halları rekord həddə çatıb
Çexiyada antisemitizm halları 2024-cü ildə rekord səviyyəyə yüksəlib. Bu barədə ölkənin Yəhudi İcmaları Federasiyasının illik hesabatında bildirilir.
Çexiya Qəzza və Livan hücumlarında xidmət etmiş İsrail əsgərini ölkədən çıxarıb
Çexiya hakimiyyəti, Fransa tərəfindən barəsində beynəlxalq axtarış və həbs qərarı çıxarılan bir israilli ehtiyat hərbçini Praqadakı Vaclav Havel Beynəlxalq Hava Limanında bir neçə saat saxladıqdan sonra ölkədən çıxarıb. İsrailin Yediot Ahronot qəzetinin məlumatına görə, adı açıqlanmayan hərbçi Qəzza və Livandakı hücumlarda iştirak etdiyi iddiası ilə Fransada axtarışa verilib. O, Fransa ərazisinə heç vaxt daxil olmadığını, lakin Fransız hakimiyyət orqanlarının haqqında beynəlxalq həbs qərarı çıxardığını bildirib.
Çexiya 44 Leopard 2A8 tankı üçün 1,34 milyard avroluq müqavilə imzalayıb
Çexiya Müdafiə Nazirliyi Almaniya istehsalı olan 44 ədəd Leopard 2A8 tankının alınması üçün 1,34 milyard avro dəyərində müqavilə imzalayıb. Müqavilə çərçivəsində tanklara Çexiyaya xas bəzi texniki adaptasiyalar ediləcək. Buraya rabitə sistemləri, kamuflyaj, işarələmə, pulemyotlar və sursat kimi əlavə avadanlıqlar daxildir.
Azərbaycan və Çexiya arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib
Cari ilin 11-12 sentyabr tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Çexiyaya səfər edib. Bu barədə AzerVoice-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Fələstinin tanınması regionda sülhün təmin olunmasının yegənə yoludur - İordaniya XİN
İordaniyanın xarici işlər naziri Əymən əs-Səfədi bildirib ki, 1967-ci il iyunun 4-dəki sərhədlər əsasında, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması bölgədə ədalətli və hərtərəfli sülhün təmin olunmasının yeganə yoludur. Bu barədə İordaniya Xarici İşlər Nazirliyinin, Səfədinin Çexiyalı həmkarı Yan Lipavski ilə telefon danışığından sonra yaydığı bəyanatda bildirilib.
İran ABŞ və müttəfiqlərinin “xaricdə sui-qəsd və qaçırma” ittihamlarını rədd edib
İran Xarici İşlər Nazirliyi, ABŞ və müttəfiqlərinin İrana qarşı səsləndirdiyi “xaricdəki müxaliflərə, jurnalistlərə və rəsmi şəxslərə qarşı sui-qəsd və qaçırma siyasəti” ittihamlarını əsassız hesab edərək qəti şəkildə rədd edib.
Azərbaycan və Çexiya iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində müzakirələr aparılıb
Azərbaycan və Çexiya iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində müzakirələr aparılıb.
Azərbaycanla Çexiya nəqliyyat və tranzit sahələrində əməkdaşlığı müzakirə edib
Azərbaycanla Çexiya arasında nəqliyyat və tranzit sahələrində əməkdaşlıq müzakirə edilib.
AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.