ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
Marko Rubionun Cənubi Amerika səfəri çərçivəsində Ekvadorla ABŞ arasında narkotiklərlə mübarizə və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi müzakirə olunur.
İraq Səudiyyə Ərəbistanına yüksək səviyyəli təhlükəsizlik nümayəndə heyəti göndərəcək
İraq Səudiyyə Ərəbistanına təhlükəsizlik məsələlərini müzakirə etmək üçün yüksək səviyyəli nümayəndə heyəti göndərəcək. Heyətə ölkənin əsas təhlükəsizlik qurumlarının rəhbərləri daxil olacaq. Görüşlərdə Səudiyyə Ərəbistanına qarşı son hücumlar və iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək. Səfər İraq və Səudiyyə Ərəbistanı rəsmiləri arasında regional təhlükəsizlik təmaslarının artdığı bir dövrə təsadüf edir. Bağdad ərazisindən digər ölkələrə qarşı hücumların qarşısını almaq niyyətində olduğunu bildirib.
Pul dayandı, mesaj verildi - Vaşinqton Bağdaddan nə istəyir?
ABŞ administrasiyası İraqa nağd dollar göndərişlərini müvəqqəti dayandırıb və təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarının bir hissəsini dondurub. Bu addımın məqsədinin Bağdadı İranla əlaqəli silahlı qrupların ləğvinə təşviq etmək olduğu bildirilir.