7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Pul dayandı, mesaj verildi - Vaşinqton Bağdaddan nə istəyir?

ABŞ administrasiyası İraqa nağd dollar göndərişlərini müvəqqəti dayandırıb və təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarının bir hissəsini dondurub. Bu addımın məqsədinin Bağdadı İranla əlaqəli silahlı qrupların ləğvinə təşviq etmək olduğu bildirilir.

22 Aprel 2026 12:00
Pul dayandı, mesaj verildi - Vaşinqton Bağdaddan nə istəyir?

BAKI,VOA, Orxan Qədirzadə

ABŞ administrasiyası İraqa nağd dollar göndərişlərini müvəqqəti dayandırıb və təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarının bir hissəsini dondurub.

VOA xəbər verir ki, bu addımın məqsədinin Bağdadı İranla əlaqəli silahlı qrupların ləğvinə təşviq etmək olduğu bildirilir.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi İraqın neft satışından əldə etdiyi vəsaitlər çərçivəsində Nyu-Yorkdakı Federal Ehtiyat Sistemindən göndərilməsi nəzərdə tutulan təxminən 500 milyon dollar həcmində nağd pul daşınmasını dayandırıb.

ABŞ Dövlət Departamentinin nümayəndələri bildiriblər ki, İraq hökumətinin silahlı qrupların hücumlarının qarşısını almaqda uğursuzluğu Vaşinqton–Bağdad münasibətlərinə mənfi təsir göstərir. ABŞ tərəfi İraqdan bu istiqamətdə təcili addımlar gözlədiyini vurğulayıb.

Eyni zamanda qeyd olunub ki, Vaşinqton bəzi terrorla mübarizə proqramlarının və hərbi təlimlərin maliyyələşdirilməsini də dayandırmaq niyyətindədir. Bu qərarın İraqda fəaliyyət göstərən İran yönlü qrupların hücumları ilə əlaqəli olduğu bildirilir.

Xatırladılıb ki, ABŞ daha əvvəl Bağdadda yerləşən diplomatik obyektə pilotsuz uçuş aparatı ilə hücumdan sonra İraq səfirini izahat üçün çağırmışdı.

Bu qərarın İraq iqtisadiyyatına və təhlükəsizlik balansına ciddi təsir göstərə biləcəyi qeyd olunur.

Məqalədə: #İraq iqtisadiyyatı #təhlükəsizlik əməkdaşlığı #İran təsiri #ABŞ İraq münasibətləri #silahlı qruplar #dollar tədarükü #sanksiya siyasəti #Vaşinqton qərarı #ABŞ İraqa dollar göndərişini dayandırdı 2026 #Vaşinqton Bağdada siyasi təzyiq #İraq silahlı qruplar ləğv tələbi

Mövzu üzrə digər xəbərlər

İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub
İraq

İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

29 Avqust 18:52
Zeydi İnkişaf Yolu layihəsini sürətləndirmək üçün göstəriş verdi
İraq

Zeydi İnkişaf Yolu layihəsini sürətləndirmək üçün göstəriş verdi

21 Avqust 09:26
İraq Səudiyyə Ərəbistanına yüksək səviyyəli təhlükəsizlik nümayəndə heyəti göndərəcək
İraq

İraq Səudiyyə Ərəbistanına yüksək səviyyəli təhlükəsizlik nümayəndə heyəti göndərəcək

12 Avqust 21:47
İran generalı İraqda silahlı qrupların gələcəyini müzakirə edib
İran

İran generalı İraqda silahlı qrupların gələcəyini müzakirə edib

12 Avqust 19:36

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.