İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub
İranın dəstəklədiyi “Kətaib Seyyid əş-Şühəda” İraqda silahların dövlət nəzarətinə verilməsi üçün 10 şərt irəli sürüb. Əsas tələb ABŞ hərbi qüvvələrinin İraqdan tamamilə çıxarılmasıdır. Qrup ABŞ-nin ölkədə hər hansı ad altında hərbi mövcudluğuna son qoyulmasını istəyir. İraqın hava məkanından qonşu ölkələrə hücumlar üçün istifadənin qarşısının alınması da tələblər sırasındadır. Silahlı qrup İraq ordusunun və hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini tələb edir. Kürdüstan Fəhlə Partiyasının silahlı üzvlərinin ölkədən çıxarılması da şərtlərdən biridir. Qrup İraq Kürdüstanındakı sərhədlərin mərkəzi hökumətin nəzarətinə keçməsini və İran müxalifət qruplarının ölkədən çıxarılmasını istəyir. İraq siyasi rəhbərliyi isə silahlı qrupların tərksilah edilməsi üçün sentyabrın 30-dək vaxt müəyyən edib.
İran generalı İraqda silahlı qrupların gələcəyini müzakirə edib
SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani İraqa səfər edib. Məlumata görə, o, Bağdadda siyasi və təhlükəsizlik rəsmiləri, eləcə də şiə silahlı qruplarının rəhbərləri ilə görüşüb. Görüşlərdə İraq hökumətinin silahlı qrupları tərksilah etmək planı müzakirə olunub. Mənbə İranın hazırda silahların təhvil verilməsinə qarşı olduğunu iddia edib. Tehran tərəfinin siyasi razılaşma yolu ilə həll axtardığı bildirilib.
İraq hökuməti silahlı qruplarla bağlı yeni qərar qəbul edib
İraq hökuməti İrana yaxın silahlı qruplara silahlarını təhvil vermələri üçün sentyabrın 30-dək vaxt verib. Qərar hökumətin sözçüsü tərəfindən mətbuat konfransında açıqlanıb. Bu addım Baş nazir Əli əl-Zeydinin ABŞ-yə səfəri ərəfəsində atılıb. Vaşinqton Bağdaddan silahlı qrupların fəaliyyətinə nəzarətin gücləndirilməsini tələb edir. Sözügedən qrupların bir hissəsi Xalq Səfərbərlik Qüvvələrinin tərkibində fəaliyyət göstərir. Onlardan bəziləri ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatlarının ilk günlərində İraqdakı ABŞ obyektlərinə hücumlar təşkil etmişdi. İraq hakimiyyəti silahsızlaşdırma prosesinin ölkədə sabitliyin qorunması üçün mühüm əhəmiyyət daşıdığını bildirir.
ABŞ rəsmisi: İran nüvə proqramını dağıdacaq və Hörmüz boğazını yenidən açacaq
ABŞ-ın yüksək səviyyəli rəsmi İranın “performansa əsaslanan razılaşma”ya razılıq verdiyini açıqlayıb. Razılaşmaya əsasən İranın nüvə proqramı dağıdılacaq və zənginləşdirilmiş materiallar məhv ediləcək. Hörmüz boğazı yenidən açılacaq. İran silahlı qruplara maliyyə dəstəyini dayandıracaq. Tehran öhdəliklərini yerinə yetirməyənədək heç bir dondurulmuş vəsait buraxılmayacaq. Bu addımlar regionda sülhün təmin olunmasına xidmət edir. Razılaşma həm də nüvə təhlükəsizliyini gücləndirir. ABŞ və beynəlxalq tərəfdaşlar bu prosesi izləyir.
Pul dayandı, mesaj verildi - Vaşinqton Bağdaddan nə istəyir?
ABŞ administrasiyası İraqa nağd dollar göndərişlərini müvəqqəti dayandırıb və təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarının bir hissəsini dondurub. Bu addımın məqsədinin Bağdadı İranla əlaqəli silahlı qrupların ləğvinə təşviq etmək olduğu bildirilir.
Suriya erməniləri YPG terror təşkilatına açıq şəkildə dəstək verdilər
Suriyanın şimal-şərqində yerləşən Həsəkə vilayətindəki ermənilərin sosial şəbəkələrdə yayılan video ilə diqqət çəkib. Video görüntülərdə özlərini “SDG ilə birgə Suriuya ordusuna qarşı vuruşacağıq” deyə təqdim edən qrup, regional təhlükəsizlik gündəmini yenidən ön plana çıxarıb. Yayımlanan görüntülərdə qrupun üzvləri müxtəlif silahlı fəaliyyətlərdə iştirak etdiklərini iddia edir.