Argentinada Netanyahuya qarşı cinayət işi qaldırılıb
Argentina mediasının məlumatına görə, Plaza de Mayo Təsis Xəttinin Anaları, Sülh və Ədalət Xidməti (Serpaj), Siyasi olaraq itkin düşənlərin və məhbusların ailələri və Argentina İnsan Haqları Liqası Netanyahunu “soyqırım, insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” törətməkdə ittiham edərək məhkəməyə müraciət edib. Şikayətdə İsrail hökumətinin Fələstin xalqına qarşı “sistematik qırğın siyasəti” yürüdərək onların yaşamaq, insan ləyaqəti və öz müqəddəratını təyinetmə hüququnu pozduğu bildirilib. Mətndə, Qəzzada on minlərlə insanın həlak olduğu, milyonlarla insanın didərgin düşdüyü, humanitar yardımların isə əngəlləndiyi vurğulanıb.
Argentinada Netanyahu üçün həbs tələb edilib
Dövlət İşçilərinin Dərnəyi (ATE) və H.I.J.O.S. təşkilatı federal məhkəməyə müraciət edərək onu “müharibə cinayətləri, soyqırım və insanlığa qarşı cinayətlər”də ittiham edib. Şikayətdə Beynəlxalq Cinayət Məhkəməsinin 2024-cü ildə verdiyi həbs qərarına istinad olunub və Netanyahunun Qəzzada aclıqdan ölüm, qətl, təqib və BMT obyektlərinə hücum kimi cinayətlərə görə məsuliyyət daşıdığı bildirilib. Argentina prezidenti Xavyer Milei isə hökumətin BCM qərarlarını tanımadığını açıqlayaraq, bunun İsrailin “qanuni özünümüdafiə haqqını” nəzərə almadığını deyib
Qalatasaray İkardinin müqaviləsini uzatmağı planlaşdırır
Qalatasaray Mauro İkardinin mövsüm sonunda başa çatacaq müqaviləsini 2 il daha uzatmağı planlaşdırır. Qalatasarayda yaşadığı zədə səbəbilə ötən mövsümün böyük hissəsində forma geyinməyən Argentina əsilli hücumçu Mauro İkardinin komandadakı gələcəyi ilə bağlı yeni inkişaflar yaşanır. Qalatasarayda klub prezidenti Dursun Özbek və idarə heyəti komandanın ulduz hücumçularından olan Mauro İkardi ilə yeni müqavilə imzalamaq üçün hərəkətə keçəcək.
Messinin cangüdəni oyunlara buraxılmayacaq
“İnter Mayami” futbolçusu Lionel Messinin mühafizəçisi Yassin Çeuqo Liqa Kuboku və MLS (ABŞ Peşəkar Futbol Liqası) matçlarından uzaqlaşdırılıb.
Messi MLS-in iyul ayı üzrə ən yaxşı futbolçusu seçilib
38 yaşlı Messi hesabat dövründə keçirdiyi altı oyunda səkkiz qol vurub və üç məhsuldar ötürmə edib. O, mayın 28-dən etibarən MLS-də keçirdiyi son yeddi oyunun altısında "dubl" (iki qol) edib.
İnter 1/8 finala yüksəlib
İtaliyanın İnter klubu FIFA Klublararası Dünya Çempionatında River Plate üzərində 2:0 hesablı qələbə qazanaraq E qrupunun lideri kimi 1/8 finala vəsiqə qazanıb.
Messi keçmiş komandasına qarşı oynayacaq
Argentinalı ulduz Lionel Messinin komandası İnter Mayami Klublararası Dünya Çempionatının pley-off mərhələsində PSJ ilə qarşılaşacaq.