Bu gün Fordun son “Model T” avtomobili istehsal edildi - 15 milyonuncu avtomobil satıldı
Avtomobil 20 at gücündə, dörd silindrli mühərriklə təchiz olunmuşdu
TOFAŞ, Stellantis Türkiyə ilə birləşib
Türkiyə avtomobil sənayesində uzun müddətdir gözlənilən mühüm bir addım reallaşdı. Sermaye Bazarları Qurumu (SPK), TOFAŞ Türk Otomobil Fabrikası A.Ş. ilə qlobal avtomobil nəhəngi Stellantis-in Türkiyə əməliyyatlarının birləşməsinə rəsmi olaraq təsdiq verdi. SPK-nın qərarı ilə TOFAŞ, Stellantis Otomotiv Pazarlama A.Ş. (Stellantis Türkiyə) ilə birləşmə prosesini tamamlayacaq. Şirkət bu barədə Kamuyu Aydınlatma Platformu (KAP) üzərindən rəsmi açıqlama yayıb.