Konqodakı düşərgədə azı 30 ölüm qeydə alınıb, Ebola virusunun sürətlə yayıldığı ehtimal edilir
Konqo Demokratik Respublikasında məcburi köçkünlərin yaşadığı düşərgədə may ayından bəri azı 30 nəfər ölüb. Ölənlərdən bəzilərində Ebola virusu təsdiqlənib. Hadisə ölkənin Ebola epidemiyasının mərkəzi sayılan Buniya şəhərindəki Kiqonze düşərgəsində qeydə alınıb. Düşərgə rəhbərliyi ölüm sayının görünməmiş həddə çatdığını bildirir. Bütün halların səbəbini müəyyənləşdirmək mümkün olmayıb. Xəstələr və onların yaxınları uzun müddət testdən keçməkdən imtina ediblər. Humanitar təşkilatlar vəziyyətin ciddi olduğunu vurğulayırlar. Virusun daha geniş yayılmasından ehtiyat edilir.
ABŞ Ebolaya tutulmuş şəxsləri Keniyaya göndərəcək
Keniyanın mərkəzi hissəsində yerləşən hərbi bazada ABŞ vətəndaşları üçün nəzərdə tutulan Ebola karantin mərkəzinin tikintisi ölkədə geniş etirazlara səbəb olub. Layihəyə qarşı çıxan yüzlərlə insan son günlərdə Nanyuki şəhərində küçələrə çıxaraq planlaşdırılan obyektin qarşısında aksiyalar keçirib.
Miqrantlar ABŞ-dan Konqoya deportasiya ediləcək
Konqo Demokratik Respublikası (KDR) ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə əldə olunmuş mübahisəli saziş çərçivəsində üçüncü ölkə vətəndaşlarını qəbul etməyə başlayır. Konqo Rabitə Nazirliyinin rəsmi bəyanatına görə, cari ayın sonunadək ABŞ-dan deportasiya edilən xarici ölkə vətəndaşlarının Konqoya gətirilməsinə başlanılacaq. Hökumət bu addımı "beynəlxalq həmrəylik" və "insan ləyaqətinə sadiqlik" kimi qiymətləndirərək, bu tənzimləmənin müvəqqəti xarakter daşıdığını vurğulayıb. Sazişə əsasən, deportasiya prosesi ilə bağlı bütün xərcləri ABŞ tərəfi ödəyəcək və Konqo büdcəsinə əlavə yük düşməyəcək.
Qətər BMT Nizamnaməsinə sadiqliyini bir daha təsdiqləyib
Qətər Dövləti Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə sarsılmaz sadiqliyini yenidən bəyan edərək, beynəlxalq təşkilatın fəaliyyətinə dəstəyini, onun tərəfdaşlıqlarının möhkəmləndirilməsinə və BMT-nin səmərəliliyini, çevikliyini və qlobal problemlərə reaksiyasını artırmaq məqsədi daşıyan islahatlara verdiyi dəstəyi vurğulayıb.