7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qətər BMT Nizamnaməsinə sadiqliyini bir daha təsdiqləyib

Qətər Dövləti Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə sarsılmaz sadiqliyini yenidən bəyan edərək, beynəlxalq təşkilatın fəaliyyətinə dəstəyini, onun tərəfdaşlıqlarının möhkəmləndirilməsinə və BMT-nin səmərəliliyini, çevikliyini və qlobal problemlərə reaksiyasını artırmaq məqsədi daşıyan islahatlara verdiyi dəstəyi vurğulayıb.

25 Oktyabr 2025 15:06
Qətər BMT Nizamnaməsinə sadiqliyini bir daha təsdiqləyib

BAKI,AzerVoice

Qətər Dövləti Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə sarsılmaz sadiqliyini yenidən bəyan edərək, beynəlxalq təşkilatın fəaliyyətinə dəstəyini, onun tərəfdaşlıqlarının möhkəmləndirilməsinə və BMT-nin səmərəliliyini, çevikliyini və qlobal problemlərə reaksiyasını artırmaq məqsədi daşıyan islahatlara verdiyi dəstəyi vurğulayıb. AzerVoice xəbər verik ki, bu fikirlər Qətər Dövlətinin BMT-dəki Daimi Nümayəndəsi xanım Şeyxa Alya Əhməd bin Seyf Əl-Taninin BMT Təhlükəsizlik Şurasının “Birləşmiş Millətlər Təşkilatı: Gələcəyə baxış” mövzusunda keçirilən açıq debatında Nyu-Yorkdakı BMT Baş Qərargahında səsləndirdiyi bəyanatda yer alıb.

Şeyxa Alya qeyd edib ki, ötən səksən il ərzində BMT çoxtərəfli diplomatiyanın təşviqi və Nizamnamənin məqsədlərinin reallaşdırılması üçün əvəzolunmaz qlobal platforma rolunu oynayıb. O, təşkilatın dünyanın müxtəlif regionlarında münaqişələrin qarşısının alınması və nəzarətdə saxlanılması istiqamətində əldə etdiyi mühüm uğurları vurğulayıb və BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında həlledici rolunu qeyd edib.

Səfir bildirib ki, Qətər BMT Nizamnaməsinin prinsiplərinə və məqsədlərinə sadiq olan strateji tərəfdaş olaraq qalır və dünyanın müxtəlif bölgələrində vasitəçilik, münaqişələrin dinc yolla həlli və gərginliyin azaldılması sahəsində aparıcı rol oynayır.

O, Qətərin son dövrlərdəki nailiyyətlərini xüsusi vurğulayaraq, Misir Ərəb Respublikası, Türkiyə Respublikası və ABŞ ilə birgə həyata keçirdiyi uğurlu vasitəçilik nəticəsində 13 oktyabrda Qəzzada atəşkəs razılaşmasının əldə olunması və müharibənin başa çatması ilə nəticələnən prosesi xatırladıb. Bu razılaşma iki illik fasiləsiz səylərin nəticəsi olub və məqsədi qan tökülməsinin dayandırılması, humanitar əzabların aradan qaldırılması, əsirlərin və girovların azadlığa buraxılmasını təmin etmək idi.

Şeyxa Alya əlavə edib ki, Qətər vasitəçilik və gərginliyin azaldılması istiqamətində səylərini davam etdirir. O, bu ayın əvvəlində Pakistan İslam Respublikası və Əfqanıstanın müvəqqəti hökuməti nümayəndə heyətlərinin Dohada keçirilən görüşünə toxunaraq, bu təşəbbüsün iki ölkə arasında dialoqun asanlaşdırılması və sabitliyin təşviqi məqsədilə Türkiyə ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini bildirib.

Qətərin Afrika qitəsindəki təşəbbüslərinə də diqqət çəkən səfir, mart ayında Ruanda Respublikası və Konqo Demokratik Respublikası arasında keçirilən dialoqun nəticəsi olaraq, bu il 14 oktyabrda “Doha Prinsipləri Bəyannaməsi” (iyul 2025) əsasında atəşkəsin monitorinqi və yoxlanması mexanizminin imzalanmasını xatırladıb və bu istiqamətdəki məsuldar tərəfdaşlığına görə ABŞ-a təşəkkürünü ifadə edib.

O, çıxışında BMT sisteminin hərtərəfli nəzərdən keçirilməsinin və fəaliyyət metodlarının müasirləşdirilməsinin vacibliyini vurğulayıb. Qətər BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın qətnamələrinin seçicilikdən uzaq, məsuliyyət və şəffaflıq prinsiplərinə əsaslanaraq icrasını təmin edəcək mexanizmlərin yaradılmasını dəstəkləyir.

Şeyxa Alya BMT-yə olan etimad böhranının aradan qaldırılması üçün dialoq ruhunun canlandırılması, təşkilat daxilində əməkdaşlığın və birliyin gücləndirilməsi, eləcə də qlobal idarəetmədə çoxtərəfliliyin və inklüzivliyin təmin olunması, xüsusilə kiçik və inkişaf etməkdə olan dövlətlərin qərarvermə prosesində daha aktiv rol almasının vacibliyini qeyd edib.

O, həmçinin BMT islahatlarının sürətləndirilməsinin və “BMT 80” təşəbbüsünün üç istiqamətdə həyata keçirilməsinin zəruriliyini vurğulayıb və Baş katibin “İnsanlar və planet naminə dönüş nöqtəsi: Bu gün və gələcək üçün effektiv və inklüziv qlobal idarəetmə” adlı hesabatında irəli sürülən təklifləri yüksək qiymətləndirib.

Çıxışının sonunda Şeyxa Alya “Yeni sülh gündəliyinin” əhəmiyyətini vurğulayıb. Bu gündəlik qarşısının alınmasına investisiya, münaqişələrin kök səbəblərinin aradan qaldırılması, dayanıqlı sülhün qurulması və vasitəçiliyin gücləndirilməsi istiqamətlərinə fokuslanır. O, bu baxışın uğurla həyata keçirilməsinin BMT daxilində effektiv mexanizmlərin mövcudluğundan və güclü siyasi iradədən asılı olduğunu qeyd edib.

Məqalədə: #BMT #Misir #Qətər #Ruanda #Konqo Demokratik Respublikası #Şeyxa Alya Əhməd bin Seyf Əl-Tani #Doha Prinsipləri Bəyannaməsi #Ruanda Respublikası

Mövzu üzrə digər xəbərlər

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Livan

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb

18:21
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

11:49
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
ArabSport

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı

6 Sentyabr 19:34
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

5 Sentyabr 20:59

Son Xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.