Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” açılıb. Açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Azərbaycan və digər türk dövlətlərinin nümayəndələri iştirak edib. Tədbir çərçivəsində bədii proqramlar, kitab təqdimatları, sərgilər və beynəlxalq elmi simpoziumlar keçiriləcək. Həftə iyulun 3-dək davam edəcək və türk dünyasının elmi və mədəni inteqrasiyasını gücləndirmək məqsədini daşıyır. Fondun bu tədbirlər vasitəsilə ortaq türk elmi irsinin təbliği və gələcək nəsillərə çatdırılması hədəflənir.
Azərbaycanda Türk Dünyası Həftəsi keçirilir
Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq gerçəkləşir.
Türk dünyasında iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi mövzusu müzakirə olunub
Ankarada keçirilən beynəlxalq simpoziumda Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub. Tədbir TÜRKSOY, “EkoAvrasiya” Fondu, TÜRKSİT və POLSAM təşkilatçılığı ilə baş tutub, diplomatlar, deputatlar, alimlər və ekspertlər iştirak ediblər. Müzakirələrdə Türk Dövlətləri Təşkilatının əhəmiyyəti, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və təhsil sahələrindəki imkanlar vurğulanıb. Eyni zamanda vətəndaş cəmiyyətinin rolu, ortaq türk əlifbası və birgə gələcək perspektivləri müzakirə olunub. Tədbirdə iştirakçılar Türk dünyasının birliyinin möhkəmləndirilməsinin regional və qlobal əhəmiyyətini önə çəkiblər.
Ankarada Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub
Ankarada TÜRKSOY, Azərbaycanın Ankaradakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Sabir Rüstəmxanlının anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Məlumata görə, tədbirdə Türkiyə və Azərbaycan rəsmiləri, parlament nümayəndələri, səfirlər, ictimai xadimlər və ziyalılar iştirak ediblər. Çıxışlarda Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatına və ictimai-siyasi düşüncəyə verdiyi töhfələr xüsusi vurğulanıb.
Mədəniyyət Nazirliyində Türkiyə səfiri ilə görüş olub
Mədəniyyət naziri Adil Kərimli Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Birol Akgün ilə görüşüb.
TÜRKSOY-la əməkdaşlıq məsələləri müzakirə olunub
Oktyabrın 8-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY arasında görüş keçirilib. Görüşdə oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə müəyyənləşdirilən yeni vəzifələr və qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Mədəniyyət naziri Adil Kərimli çıxışında TÜRKSOY-la əməkdaşlığa xüsusi önəm verdiklərini, bu əməkdaşlığın ildən-ilə genişlənərək yeni məzmun qazandığını qeyd edib. Nazir türk dünyasının zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən ortaq layihələrin əhəmiyyətini vurğulayıb.
UNESCO-da Çingiz Aytmatova həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
19 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı, Qırğızıstanın YUNESKO yanında daimi nümayəndəliyi və TÜRKSOY tərəfindən görkəmli Qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş "Çingiz Aytmatov və YUNESKO: Dünyanı Birləşdirən Ümumi Miras" adlı beynəlxalq konfrans təşkil olunur.
Qazaxıstanda Türk dövlətlərini əhatə edən yarış keçiriləcək
Qazaxıstanda türkdilli ölkələr arasında mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş çempionatının keçirilməsi planlaşdırılır.
Sultan Raev kimdir?
Sultan Raev 1958-ci il iyulun 13-də Qırğızıstan SSR-in Oş şəhərində anadan olub.