4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” açılıb. Açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Azərbaycan və digər türk dövlətlərinin nümayəndələri iştirak edib. Tədbir çərçivəsində bədii proqramlar, kitab təqdimatları, sərgilər və beynəlxalq elmi simpoziumlar keçiriləcək. Həftə iyulun 3-dək davam edəcək və türk dünyasının elmi və mədəni inteqrasiyasını gücləndirmək məqsədini daşıyır. Fondun bu tədbirlər vasitəsilə ortaq türk elmi irsinin təbliği və gələcək nəsillərə çatdırılması hədəflənir.

29 İyun 2026 18:47
Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir

BAKI,VOA

29 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində iştirak edib.

Həftə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil olunub. Eyni zamanda, 7 oktyabr 2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə görüşündə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunan tədbirlər silsiləsinin keçirilməsi Türk dövlət başçılarının yekdil qərarı ilə dəstəklənmişdir.

Təntənəli açılış mərasimində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan dövlət başçılarının Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanladıqları müraciətlər səsləndirilib.

Açılışda həmçinin, Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov çıxış edərək, Birinci Türkoloji Qurultayın türk dünyasının elmi və mədəni inteqrasiyasındakı tarixi roluna toxunublar.
Daha sonra tədbir bədii hissə ilə davam edib.

İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, TDT, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyasının tərəfdaşlığı ilə keçirilir.

Bununla yanaşı, Türk Mədəniyyəti və İrsi Fondu Türk Dünyası Həftəsi çərçivəsində bir sıra mühüm elmi və mədəni tədbirlərin təşkilatçısı və tərəfdaşı qismində çıxış edəcək.

30 iyun tarixində Fond tərəfindən Azərbaycan, qazax, rus dillərində nəşr edilmiş, “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçiriləcək. İyulun 2-də Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Bakı, 1926: Dil, Fikir, Birlik” sərgisinin açılışı baş tutacaq. Həmin gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” mövzusunda VIII Beynəlxalq Elmi Simpoziumun açılış mərasimi keçiriləcək.

Bu tədbirlər Fondun ortaq türk elmi irsinin tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması, həmçinin türk dünyasında elmi və mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin növbəti təzahürü olacaq.

Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir
Məqalədə: #Azərbaycan #Bakı #TDT #TÜRKSOY #Türk Mədəniyyəti və İrsi Fondu #Birinci Türkoloji Qurultay #Türk Dünyası Həftəsi #elmi və mədəni irs

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.