8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Azərbaycan və Qırğızıstan arasında mədəniyyət körpüsü möhkəmlənir - Qırğızıstan xalq yazıçısı

25 Aprel 2025 10:53
Azərbaycan və Qırğızıstan arasında mədəniyyət körpüsü möhkəmlənir - Qırğızıstan xalq yazıçısı

BAKI, AzerVoice

Mədəniyyət günləri Azərbaycan və Qırğızıstan xalqları arasında körpü rolunu oynayır.

AzerVoice xəbər verir ki, Qırğızıstanın xalq yazıçısı və dramaturqu Kayrat İmanaliyev “Kabar” agentliyinə müsahibəsində bu cür tədbirlərin xalqlar arasında dostluğu möhkəmləndirdiyini bildirib.

Kayrat İmanaliyev bildirib ki, bütün bu mədəni əlaqələr prezidentlər arasında qurulan isti münasibətlərin davamıdır.

“Mədəniyyət günləri iki ölkənin dostluğunu və humanitar əməkdaşlığını daha da dərinləşdirəcək”- deyə o vurğulayıb.

Tədbirdə Azərbaycan və Qırğızıstan mədəniyyət nazirləri görüşərək gələcək əməkdaşlıq yollarını müzakirə ediblər. Görüşdə birgə tamaşaların hazırlanması, rəssam sərgiləri və qarşılıqlı qastrollar kimi təşəbbüslər gündəmə gəlib.

Qeyd edək ki, 25 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Mədəniyyət Günləri keçirilib. Tədbir çərçivəsində konsert proqramları, teatr tamaşaları, rəsm sərgiləri, ədəbi və mədəni tədbirlər təşkil olunub. Qırğız tamaşaçılara Azərbaycan xalqının zəngin mədəniyyəti, adət-ənənələri və incəsənəti təqdim edilib.

Mədəniyyət günləri çərçivəsində Alykul Osmonov adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatı guşəsi açılıb. Burada görkəmli Azərbaycan şairi və dramaturqu Bəxtiyar Vahabzadəyə həsr olunmuş ədəbi gecə keçirilib. Onun əsərlərinin qırğız dilinə tərcümə olunmuş variantları TÜRKSOY təşkilatı tərəfindən kitab şəklində nəşr olunub.

Azərbaycan və Qırğızıstan arasında mədəniyyət körpüsü möhkəmlənir - Qırğızıstan xalq yazıçısı Azərbaycan və Qırğızıstan arasında mədəniyyət körpüsü möhkəmlənir - Qırğızıstan xalq yazıçısı
Məqalədə: #Azərbaycan #Qırğızıstan #Mədəniyyət Nazirliyi #TÜRKSOY #Azərbaycan Mədəniyyət Günləri #Qırğızıstanda Azərbaycan tədbirləri #Azərbaycan mədəniyyəti Qırğızıstanda #Azərbaycan və Qırğızıstan mədəni əlaqələr

Mövzu üzrə digər xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu
Rəy

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

3 Sentyabr 09:48

Son Xəbərlər

Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.