“Araz-Naxçıvan” “Qəbələ”yə qarşı
Bu gün “Araz-Naxçıvan” və “Qəbələ” futbol klubları yoxlama görüşündə üz-üzə gələcək. Qış təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaq rəqiblərin dueli Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq.
Qara Qarayev Azərbaycanın U-21 millisində işləyəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinatlar həyata keçirilib. Qərara əsasən, Rəşad Hüseynov U-21-in məşqçisi, Qara Qarayev isə analitik vəzifəsinə təyin olunub.
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonun köməkçiləri açıqlanıb
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonun köməkçiləri müəyyənləşib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşib
“Araz-Naxçıvan” futbol klubunun yeni baş məşqçisi məlum olub. Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, komandanın baş məşqçisi vəzifəsinə Andrey Demçenko təyin edilib. Ukraynalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb. Razılaşmanın daha bir il müddətinə uzadılması imkanı da nəzərdə tutulub.
Misli Premyer Liqasında XVI tur davam edir
Turun günün ikinci matçında "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra "Araz-Naxçıvan" xallarını 26-ya çatdıraraq altıncı, "Şamaxı" isə 20 xalla səkkizinci pillədə qərarlaşıb.
Misli Premyer Liqasında 16-cı turun oyunları keçiriləcək
BAKI, AzerVoice Misli Premyer Liqasında 16-cı tur davam edir. AzerVoice xəbər verir ki, ikinci oyun günündə iki görüş keçiriləcək.
"Kəpəz" "Qəbələ"yə, "Qarabağ" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
Misli Premyer Liqasında XV turun daha iki oyunu keçirilib. “Kəpəz” Yexlaxda “Qəbələ”ni 1:0, “Qarabağ” isə evdə “Araz-Naxçıvan”ı 5:1 hesabı ilə məğlub edib.
AFFA Neftçini cərimələyib
01.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun “Neftçi” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1); 01.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun “Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
Avropada möhtəşəm nəticə: Azərbaycan klublarından uğurlu həftə
Avropa kuboklarının ikinci təsnifat mərhələsində çıxış edən Azərbaycan təmsilçiləri uğurlu nəticə göstəriblər.
UEFA Azərbaycanın 9 klubuna ödəniş edib
UEFA Həmrəylik ödəmələri çərçivəsində Azərbaycanın 9 klubuna ödəniş edib.