ABŞ Belçikanın artan dron təhdidinə qarşı dəstək təklif edib
ABŞ, Belçikada son vaxtlar artan dron fəaliyyətinə qarşı mübarizə aparmaq üçün dəstək təklifi edib. Belçikanın yüksək tirajlı qəzeti Le Soirın məlumatına görə, Almaniya, Fransa və İngiltərədən sonra ABŞ da Belçikaya yardım təklifi irəli sürüb. Müdafiə naziri Teo Franken Nümayəndələr Palatasında çıxışı zamanı ölkənin kritik bölgələrində müşahidə olunan icazəsiz dron uçuşlarına qarşı “müttəfiq ölkələrlə koordinasiyalı təhlükəsizlik addımı” həyata keçirildiyini bildirib.
ABŞ pilotsuz texnologiyada yeni dövrə başlayır
ABŞ müdafiə naziri Pit Heqset ölkədə PUA istehsalının sürətləndirilməsini və bu sahədəki məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan yeni memorandum imzalayıb.