İranda həddindən artıq istilərə görə dövlət müəssisələri bağlanıb
Avqustun 23-də paytaxt Tehran da daxil olmaqla ən azı 13 əyalətdə dövlət qurumlarının fəaliyyətinə ara verilib. Qərarın, yüksək temperaturun yaratdığı enerji istehlakının qarşısını almaq və ölkənin enerji sistemini qorumaq məqsədilə qəbul edildiyi bildirilib. Məlumata görə, Əlburz, Yəzd, İsfahan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kürdüstan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Qum, Kirman, Xuzistan və Şimali Xorasan da qərara daxil olan əyalətlər arasındadır. Digər bölgələrdə isə iş saatları səhər 06:00-dan 11:00-a endirilib.
Pakistanın şimalında daşqın qurbanlarının sayı 330-a çatıb
Geo News-un məlumatına görə, axtarış-xilasetmə qrupları bir gecədə Hayber Paxtunxva əyalətində sürüşmə və daşqın nəticəsində dağılan evlərin altından çoxlu cəsəd çıxarıb. Ən çox itki Hayber Paxtunxvada qeydə alınıb – 307 nəfər, Gilgit Baltistanda 12, Azad Kəşmirdə isə 11 nəfərin həyatını itirdiyi bildirilib. Rəsmilər həmçinin 32 nəfərin itkin düşdüyünü açıqlayıb. Məlumata görə, Pakistanın şimal bölgələrində güclü yağışların avqustun 21-dək davam edəcəyi gözlənilir. Baş nazir Şahbaz Şərif Hayber Paxtunxvaya dərman, ərzaq və digər zəruri yardımların dərhal çatdırılması barədə göstəriş verib.
Fransada istilər səbəbindən 1350 məktəb bağlanıb
Fransa Meteorologiya Agentliyi Meteo France, Paris də daxil olmaqla 16 əyalətdə qırmızı, 68 əyalətdə isə narıncı dərəcəli həyəcan siqnalı elan edib.
İranda rekord istilər səbəbindən tətil elan edilib
İranın mərkəzində yerləşən Yəzd əyalətində sabah bütün dövlət və özəl sektor müəssisələri bağlanacaq. Səbəb – bölgədə hökm sürən rekord səviyyədə yüksək temperaturdur.
Almaniyada istilər pik həddə çatıb
Almaniya Meteorologiya Xidməti (DWD) ölkənin cənub və qərb bölgələrində iyulun ilk günlərində ekstremal istilərin təsirli olacağı barədə xəbərdarlıq yayıb.
İtaliyada qızmar hava həyatı iflic edib
İtaliya Səhiyyə Nazirliyi həftəsonu ölkəni bürüyəcək istilərlə bağlı ciddi xəbərdarlıq edib.
ABŞ-ın iki ştatında tornado güclü dağıntılara səbəb olub
ABŞ-ın Şimali Dakota və Nyu-York ştatlarında baş verən güclü tornadolar nəticəsində azı 6 nəfər həyatını itirib, əraziyə ciddi ziyan dəyib.