Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında aviasiya əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib.Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev sosial media hesabında paylaşım edib.
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri KOBİA rəhbəri ilə görüşüb
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İsam bin Saleh əl-Cuteyli Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla görüş keçirib. Görüş zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı maraq doğuran məsələlər, xüsusilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Səudiyyə Ərəbistanın Atletika komandasının üzvləri ilə görüş keçirilib
Səudiyyə Ərəbistanının Atletika komandası Cənab Səfir İssam bin Saleh Əl-Cuteyli tərəfindən qəbul edilib. Görüşdə idmançıların uğurları qiymətləndirilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub və beynəlxalq yarışlarda uğurlar arzulayıb.
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ərəb ölkələrinin diplomatları ilə görüş keçirdi
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh Əl-Cuteyli Azərbaycanda akkreditə olunmuş ərəb ölkələrinin diplomatik korpus rəhbərlərini və səfirlərini qəbul edib.
Ramin Məmmədov Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 20-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb. Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, iki ölkəni birləşdirən ortaq İslam dəyərləri, tarixi-mədəni bağlar və beynəlxalq platformalarda nümayiş etdirilən həmrəylik dini-mənəvi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır.