5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Səudiyyə Ərəbistanının səfiri İSESCO-nun Azərbaycan ofisinin açılışında iştirak edib

29 Aprel 2025 17:53
Səudiyyə Ərəbistanının səfiri İSESCO-nun Azərbaycan ofisinin açılışında iştirak edib

BAKI,AzerVoice

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri cənab İssam bin Saleh əl-Cuteyli İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Azərbaycan Respublikasındakı ofisinin açılış mərasimində iştirak edib.

AzerVoice xəbər verir ki, Bu mühüm hadisə Azərbaycanın təhsil, elm və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlığı daha da gücləndirmək istiqamətində atılmış əhəmiyyətli addım kimi qiymətləndirilir.

Mərasimdə iştirak edən səfir İssam bin Saleh əl-Cuteyli Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında tarixi və mədəni bağların dərinliyini vurğulayaraq, İSESCO ofisinin açılmasının iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyini qeyd edib.

O, həmçinin Azərbaycanın İslam dünyasının mədəni və elmi irsinin qorunmasında oynadığı mühüm rolu yüksək qiymətləndirib.

Açılış mərasimi çərçivəsində Azərbaycanın mədəniyyət və təhsil sahəsindəki nailiyyətləri, eləcə də ölkənin İSESCO-nun məqsədlərinə verdiyi töhfələr vurğulanıb. Tədbirdə çıxış edən rəsmilər, yeni ofisin fəaliyyətinin Azərbaycanın İslam dünyası ilə əlaqələrini daha da möhkəmləndirəcəyini və gələcək layihələr üçün platforma yaradacağını bildiriblər.

Mərasim iştirakçıları, həmçinin Azərbaycanın multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsindəki təcrübəsinin İSESCO-nun fəaliyyətinə müsbət təsir göstərəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

Məqalədə: #Azərbaycan #Səudiyyə Ərəbistanı #ISESCO #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlərin inkişafı #İslam dünyası #İssam bin Saleh əl-Cuteyli

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək

11:44
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
ArabSport

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir

4 Sentyabr 14:11
Səudiyyə saxta endirim kampaniyalarını təftiş edir - 20 mindən çox obyekt yoxlanılıb
Səudiyyə Ərəbistanı

Səudiyyə saxta endirim kampaniyalarını təftiş edir - 20 mindən çox obyekt yoxlanılıb

4 Sentyabr 12:26
LEAP 2026 iştirakçıları Səudiyyə Ərəbistanının kosmik sektordakı inkişafını yüksək qiymətləndirib
Səudiyyə Ərəbistanı

LEAP 2026 iştirakçıları Səudiyyə Ərəbistanının kosmik sektordakı inkişafını yüksək qiymətləndirib

4 Sentyabr 12:16

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.