Türkiyədə bu il 5 mindən çox meşə yanğını ilə mübarizə aparılıb
Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Meşə Baş İdarəsi (OGM) bu il ərzində 5 mindən çox meşə yanğını ilə mübarizə aparıldığını açıqlayıb. Idarənin sosial media hesabında yayımlanan məlumatda qeyd olunub ki, bu günə qədər baş verən 4 min 980 yanğın ictimaiyyətin diqqətindən kənarda qalmasına baxmayaraq vaxtında nəzarət altına alınıb və böyümədən söndürülüb. Bununla belə, 20 yanğın nəzarətdən çıxaraq daha böyük ərazilərə ziyan vurub, can itkisi və şəhid xəbərləri ilə nəticələnib.
AFAD Türkiyənin 51 vilayətində yanğınlarla mübarizə aparacaq - Ərdoğan
Yanğınsöndürmə xidməti böyükşəhər bələdiyyələrinin vəzifəsidir. 51 vilayətimizdə isə bu işi AFAD-la təşkil edəcəyik. AFAD bu işi ən güclü şəkildə planlayacaq.
Türkiyədə meşə yanğınlarına qarşı Risk İdarəetmə Qrupu yaradılıb
Türkiyədə meşə yanğınlarına qarşı mübarizə məqsədilə Risk İdarəetmə Qrupu yaradılıb.
Sakaryada meşə yanğını ilə mübarizə 4 gündür davam edir
Türkiyənin Sakarya rayonunda başlayan və Biləcikə çatan və dünən səhər saatlarında böyük ölçüdə nəzarət altına alındıqdan sonra külək səbəbiylə yenidən böyüyən meşə yanğınının söndürülməsi üçün işlər davam etdirilir.
Yanğınlar səbəbilə Türkiyənin Bilecik vilayətində 50-ə yaxın obyekt sıradan çıxıb
Türkiyənin Bilecik vilayətində baş verən yanğınlar nəticəsində 47 obyekt sıradan çıxıb.