10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə meşə yanğınlarına qarşı Risk İdarəetmə Qrupu yaradılıb

Türkiyədə meşə yanğınlarına qarşı mübarizə məqsədilə Risk İdarəetmə Qrupu yaradılıb.

25 İyul 2025 16:46
Türkiyədə meşə yanğınlarına qarşı Risk İdarəetmə Qrupu yaradılıb

BAKI, AzerVoice

Türkiyədə meşə yanğınlarına qarşı mübarizə məqsədilə Risk İdarəetmə Qrupu yaradılıb.

AzerVoice xəbər verir ki, qrupun yaradılması qərarı Türkiyə Prezident köməkçisi Cevdet Yılmazın sədrliyi ilə Prezident Aparatında keçirilən iclasda qəbul edilib.

İclasda kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklının koordinasiyası ilə fəaliyyət göstərəcək Risk İdarəetmə Qrupunun strukturlaşdırılması və operativ fəaliyyəti müzakirə olunub.

Toplantıda həmçinin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, daxili işlər naziri Ali Yerlikaya və nəqliyyat və infrastruktur nazirinin müavini Osman Boyraz da iştirak ediblər.

Görüşdə son dövrlərdə artan meşə yanğınları, yüksək temperatur, aşağı rütubət və güclü küləklərin yaratdığı risklər qiymətləndirilib. Müzakirələr zamanı əlavə tədbirlərin görülməsi və fövqəladə hallara qarşı daha effektiv cavab mexanizmlərinin qurulması məsələləri gündəmdə olub.

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Bilecik və İzmir vilayətlərində baş verən meşə yanğınlarından sonra bu ərazilərin “Ümumi Həyata Təsirli Təbii Fəlakət Bölgəsi” elan edildiyini açıqlayıb.

Paylaşdığı məlumatda 27 iyun–24 iyul tarixləri arasında meşə yanğınları ilə mübarizə üçün həyata keçirilən tədbirlərlə bağlı statistik məlumatları bölüşüb. Onun sözlərinə görə, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən min 191 nəfər və 198 axtarış-xilasetmə vasitəsi, Jandarma Komandanlığından 8 min 953 personal və 18 hava vasitəsi, Türkiyə Daxili İşlər Nazirliyinin digər qurumlarından isə yüzlərlə personal və texnika bölgəyə göndərilib.

Nazir bildirib ki, yanğınlar səbəbilə 120 yaşayış məntəqəsindən insanlar təhlükəsizlik məqsədilə təxliyə olunub, təhlükə keçən ərazilərdə isə əhalinin geri dönüşü təmin edilib.

Yanğınların təsirinə məruz qalan 9 vilayətdə min 157 bina və min 458 müstəqil bölmə yoxlanılıb. Nəticədə 311 ev, 16 iş yeri və 50 tövlənin ya dağıldığı, ya da ağır ziyan gördüyü müəyyən edilib. AFAD tərəfindən ümumilikdə 128 milyon 492 min lirə vəsait bölgələrə göndərilib.

Zərərçəkən ailələrə verilən yardımlar çərçivəsində 7 vilayətdə 396 ailəyə 76 milyon 810 min lirə (AFAD tərəfindən), 2 milyon 85 min lirə isə Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən ödəniş edilib.

Əkinçilik və heyvandarlıq sahəsindəki zərərlərə gəlincə, 49 iri buynuzlu, 37 xırda buynuzlu heyvan, 171 quş və 4.175 arı pətəyinin yanğında tələf olduğu qeyd olunub.

01 may–24 iyul 2025 tarixləri arasında Jandarma tərəfindən 34 vilayətdə baş vermiş 184 meşə yanğınında 25 nəfər həbs olunub, 47 nəfərə məhkəmə nəzarəti qərarı verilib. Eyni dövrdə polis orqanları tərəfindən 56 yanğın hadisəsi üzrə 2 nəfər həbs edilib, 2 nəfərə nəzarət tədbiri tətbiq olunub.

Məqalədə: #Türkiyə #Cevdet Yılmaz #Alparslan Bayraktar #AFAD #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #İzmir #Murat Kurum #meşə yanğınları #Türkiyədə yanğın təhlükəsizliyi #Meşə yanğınlarına qarşı tədbirlər #Bilecik meşə giriş qadağası 2025 #2024 dünya meşə yanğınları #Türkiyə meşə yanğınları 2025 #İzmir meşə yanğınları #Türkiyə Prezident Administrasiyası

Mövzu üzrə digər xəbərlər

Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyə

Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb

15:12
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37
Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32

Son Xəbərlər

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
16:45
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.