8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə meşəlik ərazilərə giriş qadağan edilib

16 May 2025 13:37
Türkiyədə meşəlik ərazilərə giriş qadağan edilib

BAKI, AzerVoice

Türkiyənin Bilecik şəhərində meşə yanğınlarının qarşısını almaq məqsədilə meşəlik ərazilərə giriş 5 ay müddətinə qadağan olunub.

AzerVoice-un məlumatına görə, qərara əsasən 5 iyun – 31 oktyabr 2025-ci il tarixləri arasında bu ərazilərə yalnız Bilecik Valiliyindən xüsusi icazə almış şəxslər daxil ola biləcəklər.

Mövzu ilə bağlı açıqlama verən Bilecik valisi Şefik Aygöl bildirib ki, yanğın təhlükəsinin qarşısını almaq üçün bütün tədbirlər görülür. Vali Aygöl, Vezirhan Meşə Yanğınlarına Müdaxilə Stansiyasında Bursa Regional Meşə İdarəsinin müdiri Erdal Şahan, İl Jandarma Komandiri polkovnik Ferdi Erbakıcı və digər rəsmi şəxslərlə birlikdə ərazidə vəziyyəti dəyərləndirib.

“Ötən il Bilecikdə 22 meşə yanğını baş verib və nəticədə təxminən 25 hektar meşə sahəsi zərər görüb. Bu səbəbdən bu il iyunun 5-dən oktyabrın 31-dək meşə ərazilərində tonqal qalamaq, piknik etmək və digər oxşar fəaliyyətlərə qadağa qoyulub. Məqsədimiz meşələrimizi qorumaq və təbii sərvətimizi gələcək nəsillərə ötürməkdir,” – deyə vali vurğulayıb.

Aygöl əlavə edib ki, bu mövsüm meşə yanğınlarına qarşı mübarizə üçün ümumilikdə 829 nəfərlik heyət səfərbər olunacaq. Vezirhan bölgəsində bir ədəd yanğınsöndürmə helikopteri, Yenişəhər Hava Limanında isə pilotsuz uçuş aparatı (PUA) fasiləsiz şəkildə, 24 saat rejimində fəaliyyət göstərəcək.

Məqalədə: #Türkiyə #meşə yanğını #meşə yanğınları #Meşə yanğınlarına qarşı tədbirlər #PUA ilə meşə nəzarəti Türkiyə #Bilecik meşə giriş qadağası 2025

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.