İran İsrailin xeyrinə casusluqda ittiham olunan şəxsi edam edib
İranın paytaxtı Tehranda İsrail xeyrinə casusluqda ittiham olunan Əli Ərdəstani edam edilib. Ali Məhkəmənin təsdiqi və bütün hüquqi prosedurların icrasından sonra Ərdəstaninin Mossadın xeyrinə casusluq etməsi və ölkə ilə bağlı həssas məlumatları xaricə ötürməsi ittihamı üzrə çıxarılan edam hökmü icra olunub. Onilliklərdir İran ilə İsrail arasında davam edən gizli qarşıdurma fonunda Tehran indiyədək Mossad ilə əlaqədə ittiham olunan bir sıra şəxsləri edam edib.
Avropadakı sui-qəsdlərin arxasında İranın yüksək rütbəli komandiri dayanır -İsrail
İsrail hökuməti “Qüds Qvardiyası”nın yüksək rütbəli komandirlərindən birini Avropa və Avstraliyada planlaşdırılan, lakin qarşısı alınmış hücumların təşkilatçısı kimi müəyyən etdiyini açıqlayıb. Baş nazir Benyamin Netanyahunun ofisi və İsrailin xarici kəşfiyyat xidməti “Mossad” tərəfindən yayılan birgə bəyanatda bildirilir ki, müəyyən edilən şəxs İranın yüksək səviyyəli nümayəndəsidir.
İsrailin Casusluq Diplomatiyası: Afrika Qitəsində İkili Oyun
İsrail bu vasitələrlə beynəlxalq təşkilatlarda öz siyasi təsirini gücləndirmək, ənənəvi olaraq Fələstini dəstəkləmiş Afrika ölkələrinin mövqeyini dəyişdirmək niyyətindədir.