Ukrayna Prezidenti Prezident İlham Əliyevə zəng edib
Prezident İlham Əliyevin "X" hesabında bununla bağlı paylaşım edilib. "Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında müsbət dinamikadan məmnunluq ifadə edildi. Həmçinin Qəbələdə keçirilən görüşdə müzakirə olunan məsələlərin ikitərəfli gündəlik çərçivəsində həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı".
Volodimir Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib
Volodimir Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib.
Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik - Ukrayna Prezidenti
Müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, burada çox dərin əməkdaşlıq qura bilərik.
Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər
Azərbaycan və Ukrayna arasında hərbi sənaye kompleksinin inkişaf etdirilməsi barədə müzakirələr aparıb.
Volodimir Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib
Enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz 11 yardım paketi almışıq.
Zelenskinin Səudiyyə Ərəbistanına ikinci rəsmi səfəri
Ukrayna Prezidenti Volodimir Zelenski bir ay ərzində ikinci dəfə Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Zelenski ABŞ-da yerləşən "X" şirkətinin sosial media platformasındakı hesabından etdiyi açıqlamada, Səudiyyə Ərəbistanına "anlaşmaları inkişaf etdirmək" üçün gəldiyini duyurub. Avropalı liderlərlə dünən keçirdiyi görüşdə ölkəsi üçün "maliyyə zəmanətləri təmin etdiklərini" bildirən Zelenski, Səudiyyə Ərəbistanında Vəliəhd Şahzadə Məhəmməd bin Salman ilə görüşəcəyini açıqlayıb.
Zelenski ABŞ-a çağırış etdi: Ukraynanı unutmayın
Ukrayna Prezidenti beynəlxalq gündəmdə prioritetlərin dəyişməsi fonunda Vaşinqtona mühüm mesaj verib. Zelenski vurğulayıb ki, münaqişənin həlli təxirə salınmamalıdır və beynəlxalq dəstək davam etməlidir. Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artması Ukraynaya nəzərdə tutulan bəzi silah tədarüklərinin gecikməsinə səbəb olub.
Türkiyə diplomatiyanın mərkəzində: Zelenski-Putin görüşü üçün yeni mərhələ
Ukrayna Rusiya ilə mümkün liderlər görüşünün təşkili üçün Türkiyənin vasitəçiliyinə ümid edir. Ukrayna tərəfi Moskva və Minsk şəhərlərini görüş məkanı kimi istisna edir. O vurğulayıb ki, bu iki paytaxtdan başqa hər hansı bir şəhər belə görüşə ev sahibliyi edərsə, Kiyev danışıqlarda iştirak etməyə hazırdır.
Zelenskidən Aİ-nin taleyini dəyişəcək çağırış: Aİ-nin gələcəyi Türkiyədən keçir
Volodimir Zelenski Aİ-nin daha güclü olması üçün yeni üzvlərin qəbulunu təklif edərkən Türkiyənin ittifaq üçün strateji əhəmiyyət daşıdığını ön plana çıxarıb. Zelenski çıxışında əlavə edib ki, Türkiyə ilə yanaşı Ukrayna, Norveç və Böyük Britaniya kimi dövlətlərin də ittifaqda təmsil olunması Aİ-ni daha təsirli geosiyasi gücə çevirə bilər.
Zelenski Berlində: Almaniya Ukraynaya dəstəyini davam etdirir
Ukrayna Prezidenti Volodimir Zelenski Berlində Almaniya kansleri Fridrix Merts ilə görüş keçirib. Qeyd olunub ki, Almaniya Ukraynanın əsas tərəfdaşlarından biri olaraq ölkəyə siyasi və hərbi dəstəyini davam etdirir. ABŞ-ın son dövrdə dəstəyinin azalması fonunda Berlinin rolu daha da ön plana çıxır.
Yaz ayları Ukrayna üçün çətin olacaq - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı aylarda ölkəsi üçün siyasi və diplomatik vəziyyətin mürəkkəbləşəcəyini bildirib.Məlumata əsasən, Ukrayna lideri daha əvvəl ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların keçirildiyini xatırladaraq bu prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, gərginliyin azalması halında yeni görüşlər aprel, may və ya iyun aylarında baş tuta bilər.
Ərdoğan və Volodimir Zelenski Dolmabahçedə bir araya gəliblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib. İstanbuldakı Dolmabahçe İş Ofisində baş tutan görüşdən əvvəl yüksək səviyyəli qonaq üçün rəsmi qarşılanma mərasimi keçirilib. Rəsmi qarşılanma mərasiminin ardından hər iki lider təkbətək görüşə keçiblər. Görüş zamanı Ukraynadakı son vəziyyət, regional təhlükəsizlik məsələləri və iki ölkə arasındakı strateji əməkdaşlığın gələcək perspektivlərinin müzakirə edildiyi bildirilir. Görüşün yekununda liderlərin mətbuata birgə bəyanatla çıxış edəcəyi gözlənilir.