Son bir ildə İranda 15 min nəfər yol qəzasında həlak olub
İran Polis Təşkilatının yol hərəkətinə nəzarət üzrə sədr müavini Həsən Mümini bildirib ki, son bir il ərzində ölkədə baş verən yol-nəqliyyat hadisələrində 15 min 513 nəfər həyatını itirib. İran mətbuatının yaydığı məlumata görə, Mümini qeyd edib ki, ölümlə nəticələnən qəzaların sayı əvvəlki illə müqayisədə 3,8 faiz artıb. Onun sözlərinə görə, ölkə üzrə hər il orta hesabla 19 min 800 nəfər yol qəzalarında həyatını itirir. Qəzalarda həlak olanların 62 faizi əmək qabiliyyətli yaşda olan şəxslərdir və ən yüksək ölüm göstəricisi 20-30 yaş aralığında qeydə alınır.
Noyabr ayında Türkiyədə 55 mindən çox qəza baş verib (ÖZƏL)
2025-ci ilin noyabr ayında Türkiyədə baş verən ümumi qəza sayı 55 min 995 olub. İdarədən verilən məlumata görə, noyabr ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 48 min 767, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 228 olub. “Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 23 min 496, vəfat edənlərin sayı isə 199 nəfər təşkil edib” – deyə idarədən bildirilib.
Oktyabr ayında Türkiyədə 58 mindən çox qəza baş verib (ÖZƏL)
2025-ci ilin oktyabr ayında Türkiyədə baş verən ümumi qəza sayı 58 min 783 olub. İdarədən verilən məlumata görə, oktyabr ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 51 min 181, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 602 olub. “Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 34 min 173, vəfat edənlərin sayı isə 201 nəfər təşkil edib” – deyə idarədən bildirilib.
Sentyabr ayında Türkiyədə 62 mindən çox qəza baş verib (ÖZƏL)
2025-ci ilin avqust ayında Türkiyədə baş verən ümumi qəza sayı 62 min 510 olub. İdarədən verilən məlumata görə, avqust ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 54 min 689, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 821 olub.
İyul ayında Türkiyədə 62 mindən çox qəza baş verib (ÖZƏL)
2025-ci ilin iyul ayında Türkiyədə baş verən ümumi qəza sayı 62 min 72 olub. İdarədən verilən məlumata görə, iyul ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 53 min 584, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 8 min 488 olub. “Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 28 min 406, vəfat edənlərin sayı isə 240 nəfər təşkil edib” – deyə idarədən bildirilib.