Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolunu vurğulayıb. Nazir Azərbaycan ilə Fələstin arasında həm ikitərəfli, həm də bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib.