4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolunu vurğulayıb. Nazir Azərbaycan ilə Fələstin arasında həm ikitərəfli, həm də bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib.

1 Sentyabr 2025 11:48
Baku
Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Fələstin Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüş keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolunu vurğulayıb. Nazir Azərbaycan ilə Fələstin arasında həm ikitərəfli, həm də bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib.

Teymur Musayev, həmçinin Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb.

Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Öz növbəsində Əhməd Metani Fələstinə göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlər mövcuddur: "Azərbaycan ilə Fələstin arasında münasibətlər həmrəylik, dostluq və qarşılıqlı hörmət prinsipləri çərçivəsində uğurla inkişaf edir".

Səfir, həmçinin Azərbaycanın Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
Məqalədə: #Azərbaycan #Fələstin #Səhiyyə Nazirliyi #Əhməd Metani

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

20:19

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.