XRİTDX tərəfindən dövlət qurumlarına qarşı kiberhücumların qarşısı uğurla alınır
Dövlət qurumlarının informasiya sistemlərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən cari ilin noyabr ayı üzrə 49 kiberhücum göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanmışdır.
"SECURE TOMORROW" hakatonuna qeydiyyat başlayıb
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və "SABAH" qruplarının birgə təşkilatçılığı ilə keçiriləcək sayca ikinci “SECURE TOMORROW" hakatonuna qeydiyyat başlayıb. Hakatonda "SABAH" qruplarının bakalavr və magistr tələbələri komanda şəklində (hər komandada minimum 3, maksimum 5 nəfər olmaqla) iştirak edə bilər. Həmçinin, bakalavr və magistr qrupları bir komanda daxilində iştirak edə bilərlər. Yalnız SABAH qruplarında oxuyan tələbələr və SABAH qruplarının mövcud olduğu universitetlərin qeyri-SABAH tələbələri Hakatonda iştirak edə bilər. Qeyd edək ki, qeydiyyat yalnız komanda şəklində mümkündür və bir nəfər ancaq bir komandanın üzvü ola bilər.
Azərbaycanın rəqəmsal sərhədi: kiberməkanda hibrid qarşıdurmanın anatomiyası
Biz elə bir dövrdə yaşayırıq ki, artıq cəbhə xətti təkcə torpaq üzərindən deyil, görünməz data kanalları boyunca da keçir. Kiberməkan artıq köməkçi platforma deyil, siyasi və hərbi qarşıdurmanın tamhüquqlu meydanına çevrilib. Burada rəqəmsal hücumlar bəzən klassik siyasi və ya hərbi addımların davamı, bəzən isə öncülü rolunu oynayır. Azərbaycanın geosiyasi mövqeyi - qlobal enerji və nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi, üstəlik müstəqil və aktiv xarici siyasəti - ölkəmizi bu görünməz savaşın mərkəzinə çəkib. Nəticədə dövlətimiz ardıcıl, sistemli və günü-gündən daha mürəkkəb kibertəhlükələrə hədəf olur. Bu hücumların məqsədi yalnız müvəqqəti sistem nasazlığı yaratmaq deyil, uzunmüddətli strateji hədəflərə xidmət etməkdir: dövlət institutlarına inamı sarsıtmaq, kəşfiyyat məlumatı toplamaq, iqtisadi zərbə vurmaq və sosial gərginlik yaratmaq.