Türkiyə Silahlı Qüvvələrinin inventarı yeni müdafiə texnologiyaları ilə gücləndirilib
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Türkiyə Silahlı Qüvvələrinin (TSK) inventarına FNSS istehsalı PARS 6×6 və 8×8 zirehli vasitələrinin daxil edildiyini açıqlayıb. Nazirliyin bəyanatında, həmçinin ASELSAN-ın Dragoneye-2 termal kameraları ilə müxtəlif sensor, kəşfiyyat, radar və komanda maşınlarının da ordunun istifadəsinə verildiyi bildirilib.
Türkiyə və Səudiyyə müdafiə sənayesi şirkətləri arasında razılaşma imzalanıb
Türkiyənin müdafiə sənayesi şirkəti "FNSS" və Səudiyyə Ərəbistanının "SAMI LAND" müdafiə sənayesi şirkəti arasında hərbi sənayenin lokallaşdırılmasını hədəfləyən çərçivə razılaşması imzalanıb.