Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Kanadanın Ontario əyalətində yerləşən və dünyanın ən məşhur təbiət möcüzələrindən biri sayılan Niaqara şəlaləsi 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xüsusi dizaynla işıqlandırılıb. Bu barədə Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib. Qeyd edək ki, şəlalənin işıqlandırılması zamanı Azərbaycanın dövlət bayrağının rəngləri əks olunub.
Niaqara şəlaləsi necə formalaşdı və niyə məşhurdur?
Dünyanın ən məşhur təbiət möcüzələrindən biri olan Niaqara şəlaləsi təxminən 12 min il əvvəl, Viskonsin buzlaq mərhələsinin sonunda buzlaqların əriməsi nəticəsində yaranıb. Lakin onu təşkil edən süxurların yaşı 400 milyon ildən çoxdur.