Tramp Türkiyəni tərifləyib, Ərdoğanı "dost" adlandırıb
Donald Tramp Türkiyəni etibarlı müttəfiq kimi qiymətləndirib. O, Prezident Rəcəb Tayyib Ərdoğanı "dost" adlandırıb. Tramp F-35 qırıcılarının Türkiyəyə satışı ilə bağlı suala cavab verərkən silah satışlarına dair qərarları ABŞ-nin özü verdiyini bildirib. ABŞ Prezidenti heç kimin Vaşinqtona bu məsələdə göstəriş verə bilməyəcəyini vurğulayıb. O, Türkiyə ilə münasibətlərə müsbət yanaşdığını ifadə edib. F-35 satışı ilə bağlı konkret qərar açıqlanmayıb. İsrail və Türkiyə tərəfi hələlik bu bəyanata münasibət bildirməyib.
Türkiyənin keçmiş ABŞ səfiri: Obama administrasiyası 15 iyul çevriliş cəhdinə lazımi reaksiya vermədi
Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç bildirib ki, Barak Obama administrasiyası 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinə lazımi şəkildə reaksiya verməyib və FETÖ terror təşkilatının fəaliyyəti ilə bağlı Ankaranın xəbərdarlıqlarını ciddi qəbul etməyib.
Hakan Fidan və Tom Barrak Türkiyə–ABŞ münasibətləri və Suriya məsələsini müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri və eyni zamanda Suriyanın xüsusi nümayəndəsi olan Tom Barrak ilə görüş keçirib. Diplomatik mənbələrdən verilən məlumata görə, Ankarada baş tutan görüşdə Türkiyə–ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, regional təhlükəsizlik məsələləri və Suriya ilə bağlı proseslər müzakirə olunub. Tərəflər regionda sabitliyin təmin olunması, siyasi proseslərin irəlilədilməsi və diplomatik səylərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüş zamanı qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıldığı bildirilib.
Türkiyənin F-35 proqramına qayıdışı NATO-nun təhlükəsizliyi üçün zəruridir - Ərdoğan
Rəcəb Tayyib Ərdoğan Türkiyənin F-35 proqramına yenidən qayıtmasının yalnız Ankara–Vaşinqton münasibətləri üçün deyil, həm də NATO-nun ümumi təhlükəsizliyi baxımından zəruri olduğunu bildirib. Ərdoğan Bloomberg-ə yazılı cavablarında ABŞ ilə münasibətlər, enerji siyasəti və regional geosiyasi proseslərlə bağlı mövqeyini açıqlayıb.
ABŞ Türkiyənin S-400 sistemi saxlamasına icazə vermədən F-35 proqramına qoşulmasını müzakirə edir
ABŞ-ın Ankara Böyükelçisi və Suriya üzrə Xüsusi Nümayəndəsi Tom Barak ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı müsbət münasibətlərin F-35 döyüş təyyarələrinin tədarükü üzrə ən məhsuldar danışıqlara imkan yaratdığını bildirib. Barak ABŞ mərkəzli X sosial media platformasında paylaşım edərək, Türkiyə ilə F-35 proqramına yenidən qoşulma və Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sisteminin saxlanılması mövzusunda müzakirələrin davam etdiyini qeyd edib.
ABŞ Türkiyənin Respublika gününü təbrik edib
ABŞ dövlət katibi Marko Rubio, 29 Oktyabr — Türkiyə Respublikasının 102-ci ildönümü münasibətilə təbrik mesajı yayıb. Rubio mesajında ABŞ-Türkiyə münasibətlərinin qlobal sülh, təhlükəsizlik və rifah üçün kritik əhəmiyyət daşıdığını vurğulayıb. “ABŞ və Amerika xalqı adından, Türkiyə xalqını Respublikanızın qurulmasının 102-ci ildönümü münasibətilə ən səmimi arzularımla təbrik edirəm. ABŞ-Türkiyə münasibətləri qlobal sülh, təhlükəsizlik və rifah baxımından həyati önəmə malikdir.Türkiyə Respublikası, köklü və dəyərli bir NATO müttəfiqidir.” – deyə Rubio bildirib.
Türkiyə və ABŞ arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçir
Türkiyənin ticarət naziri Ömər Bolat ABŞ ilə iqtisadi münasibətlərdə yeni mərhələnin başlandığını bildirib. O, Amerikanın aparıcı şirkətlərinin Türkiyədəki sərmayələrini artırmaq istədiyini və tərəfdaşlığa müsbət yanaşdıqlarını qeyd edib. Nazir, İstanbulda keçirilən "İstanbul Mebel Dizayn Sərgisi" (Furnishings & Design İstanbul) çərçivəsində jurnalistlərin suallarını cavablandırıb. ABŞ-a səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə BMT-nin 80-ci Baş Assambleyasında iştirak etdiklərini xatırladan Bolat, orada 8-dən çox biznes görüşü keçirdiklərini deyib.
ABŞ-da Türkiyəyə böyük marağ var - Bolat
Türkiyənin Ticarət naziri Ömər Bolat, Türkiyə ilə ABŞ arasındakı iqtisadi münasibətlərdə bir sıçrayış mərhələsinin başlanğıcında olduqlarını bildirərək, iki ölkə arasında yaranan müsbət atmosferin daha çox investisiyaya və ixraca çevrilməsi üçün işlərin davam etdiriləcəyini bildirib. Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müşayiət edən Bolat, ABŞ-dakı görüşlərinə dair dəyərləndirmələr verib.
Tramp və Ərdoğan Ağ Evdə görüşür - F-35 qadağasının qaldırılması gündəmdə
ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. ABŞ 2019-cu ildə Türkiyəni Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığına görə F-35 proqramından çıxarmışdı. Vaşinqton bu alımın F-35 texnologiyasının Moskvaya ötürülməsi riskini daşıdığını bildirmişdi.