İsrailin saxladığı «Əzm Donanması»nın fəallarını nə gözləyir?
İsrail Hərbi Dəniz Qüvvələri Qəzzaya humanitar yardım aparan «Əzm Donanması»nın (SUMUD) mülki qayıqlarını saxlayıb. 40-dan çox qayıqda olan təxminən 500 nəfər - parlament üzvləri, vəkillər və fəallar - hüquqi baxımdan əsasən şəxsiyyətin müəyyənləşdirilməsi, qısa müddətli saxlanma və ölkədən çıxarılma prosedurları ilə üzləşəcək.
İsrail Əzm Flotiliyasından 480 aktivisti qanunsuz olaraq saxlayıb
İsrailli rəsmilər Qəzza Zolağına tətbiq edilən qanunsuz blokadanı yarmaq və humanitar yardım çatdırmaq məqsədilə yola çıxan Əzm Flotiliyasına edilən hücumda saxlanılan aktivistlərin sayının 480 olduğunu açıqlayıb. İsrail Xarici İşlər Nazirliyi, Əzm Flotiliyasında saxlanılan aktivistlərlə bağlı suallara yazılı cavab verib. Açıqlamada qeyd olunub ki, 1 oktyabr gecəsindən başlayaraq dünən səhərə qədər davam edən hücumlar zamanı Qlobal Sumud Donanmasında olan 474 aktivist saxlanılaraq İsrailə aparılıb.
İsrail Hərbi Dəniz Qüvvələri Qəzza istiqamətində hərəkət edən 41 gəmini ələ keçirib
İsrail mediasının yaydığı məlumata görə, İsrail Hərbi Dəniz Qüvvələri Qəzzaya doğru hərəkət edən 41 gəmini ələ keçirib. AzerVoice xəbər verir ki, gəmilərdə 400-dən artıq şəxs olduğu bildirilir.
Ərdoğan İsrailin Əzm Flotiliyasına hücumunu qınayıb
Qəzzada uşaqlar aclıqdan ölərkən, beynəlxalq sularda yardım daşıyan mülki gəmilərə hücum İsrail hökumətinin insanlıq cinayətlərini gizlətmək üçün hansı vəhşət içində olduğunu göstərir. Ərdoğan əlavə edib ki, Türkiyə donanmadakı bütün iştirakçıların yanındadır və onların təhlükəsizliyi üçün bütün tədbirlər görülür. Çıxışında partiyasının fəaliyyət yoluna da toxunan Ərdoğan, AK Partiyanın 2001-ci ildə yaradıldığını, amma köklərinin Malazgird, Söğüt, Çanaqqala kimi tarixi məkanlara dayandığını xatırladıb.
İran İsrailin Qəzza yardım flotiliyasına hücumunu terror aktı adlandırıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İsrail qüvvələrinin Qəzzaya istiqamətlənmiş “Qlobal Əzm Donanması”na hücumunu və fəalların saxlanmasını kəskin şəkildə pisləyib. Nazirlik rəsmisi bəyanatında İsrailin mülki fəalların rəhbərlik etdiyi gəmilərə qarşı hücumunu “beynəlxalq prinsiplərin açıq-aşkar pozulması” və “terror aktı” kimi qiymətləndirib.