8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Əzm Flotiliyasından 480 aktivisti qanunsuz olaraq saxlayıb

İsrailli rəsmilər Qəzza Zolağına tətbiq edilən qanunsuz blokadanı yarmaq və humanitar yardım çatdırmaq məqsədilə yola çıxan Əzm Flotiliyasına edilən hücumda saxlanılan aktivistlərin sayının 480 olduğunu açıqlayıb. İsrail Xarici İşlər Nazirliyi, Əzm Flotiliyasında saxlanılan aktivistlərlə bağlı suallara yazılı cavab verib. Açıqlamada qeyd olunub ki, 1 oktyabr gecəsindən başlayaraq dünən səhərə qədər davam edən hücumlar zamanı Qlobal Sumud Donanmasında olan 474 aktivist saxlanılaraq İsrailə aparılıb.

3 Oktyabr 2025 14:32
İsrail Əzm Flotiliyasından 480 aktivisti qanunsuz olaraq saxlayıb

BAKI, AzerVoice, Nailə Babazadə

İsrailli rəsmilər Qəzza Zolağına tətbiq edilən qanunsuz blokadanı yarmaq və humanitar yardım çatdırmaq məqsədilə yola çıxan Əzm Flotiliyasına edilən hücumda saxlanılan aktivistlərin sayının 480 olduğunu açıqlayıb.

AzerVoice xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi, Əzm Flotiliyasında saxlanılan aktivistlərlə bağlı suallara yazılı cavab verib.

Açıqlamada qeyd olunub ki, 1 oktyabr gecəsindən başlayaraq dünən səhərə qədər davam edən hücumlar zamanı Qlobal Sumud Donanmasında olan 474 aktivist saxlanılaraq İsrailə aparılıb.

Bu səhər həyata keçirilən son hücumda isə qanunsuz olaraq ələ keçirilən donanmanın son gəmisi “Marinette”də 6 aktivistin olduğu və onların da saxlanılaraq İsrailə aparıldığı bildirilib.

Əzm Flotiliyasının aktivistlərinin deportasiya prosesinə başlandığı, lakin bu prosesin müəyyən vaxt alacağı qeyd edilib.

Bundan əlavə, donanmadakı 4 aktivistin artıq deportasiya edildiyi, lakin onların kimliyi barədə məlumat verilmədiyi bildirilib.

Digər tərəfdən, İtaliya Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada, Əzm Flotiliyasına qatılan və İsrailə aparılaraq saxlanılan 4 italiyalı parlament üzvünün azad edildiyi bildirilib.

Qeyd edək ki, İsrailin blokadasını yarmaq və Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan Əzm Flotiliyası, 1 oktyabr axşamı Qəzza sularına yaxınlaşıb.

Flotilyaya hücum edən İsrail ordusu, onlarla qayığı və gəmini qanunsuz şəkildə ələ keçirərək yüzlərlə sərnişini saxlayıb.

Əzm Flotiliyası bu günə qədər Qəzzaya humanitar yardım aparmaq üçün birlikdə yola çıxan ən böyük donanma olaraq tarixə düşüb.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qlobal Əzm Donanması #Əzm Flotiliyası

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
09:15
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.