10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğan İsrailin Əzm Flotiliyasına hücumunu qınayıb

Qəzzada uşaqlar aclıqdan ölərkən, beynəlxalq sularda yardım daşıyan mülki gəmilərə hücum İsrail hökumətinin insanlıq cinayətlərini gizlətmək üçün hansı vəhşət içində olduğunu göstərir. Ərdoğan əlavə edib ki, Türkiyə donanmadakı bütün iştirakçıların yanındadır və onların təhlükəsizliyi üçün bütün tədbirlər görülür. Çıxışında partiyasının fəaliyyət yoluna da toxunan Ərdoğan, AK Partiyanın 2001-ci ildə yaradıldığını, amma köklərinin Malazgird, Söğüt, Çanaqqala kimi tarixi məkanlara dayandığını xatırladıb.

2 Oktyabr 2025 16:34
Ərdoğan İsrailin Əzm Flotiliyasına hücumunu qınayıb

BAKI, AzerVoice, Fərid Mikayılov

Qəzzada uşaqlar aclıqdan ölərkən, beynəlxalq sularda yardım daşıyan mülki gəmilərə hücum İsrail hökumətinin insanlıq cinayətlərini gizlətmək üçün hansı vəhşət içində olduğunu göstərir

AzerVoice xəbər verir ki, Ərdoğan, Qəzzaya humanitar yardım aparan Əzm Flotiliyasına İsrailin müdaxiləsini qınadı.

Ərdoğan əlavə edib ki, Türkiyə donanmadakı bütün iştirakçıların yanındadır və onların təhlükəsizliyi üçün bütün tədbirlər görülür.

“Çox ağır şərtlərdə həyat və ləyaqət mübarizəsi aparan fələstinli qardaşlarımızı sahibsiz qoymayacağıq. Ədalətli və qalıcı sülhün təmin olunması üçün çalışmağa davam edəcəyik”- deyə Ərdoğan bildirib.

Çıxışında partiyasının fəaliyyət yoluna da toxunan Ərdoğan, AK Partiyanın 2001-ci ildə yaradıldığını, amma köklərinin Malazgird, Söğüt, Çanaqqala kimi tarixi məkanlara dayandığını xatırladıb.

“Biz Səlcuqlu və Osmanlının mirasını, Cümhuriyyətin qazancları ilə birləşdirən siyasi kadroyuq. Bu birlik bir inanc, bir ideal birliyidir. Hamımız bu davada sadəcə birər əsgərik”- deyə o vurğulayıb.

Xatırladaq ki, 40-dan çox gəmidən ibarət və 500-ə yaxın iştirakçını əhatə edən Qlobal Əzm Donanması İsrailin Qəzza blokadasına qarşı ən böyük mülki müqavimət təşəbbüslərindən biri hesab olunur. Çərşənbə günü axşamı İsrail qüvvələri beynəlxalq sularda 13 gəmini ələ keçirərək 37 ölkədən 200-dən çox şəxsi saxlayıb. Hadisə dünya miqyasında etirazlara və diplomatik gərginliyə səbəb olub.

Məqalədə: #Türkiyə #Qəzza #Rəcəb Tayyib Ərdoğan #Qəzza zolağı #Ankara #AK Parti #Humanitar fəlakət Qəzza #Qlobal Əzm Donanması

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.