8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran İsrailin Qəzza yardım flotiliyasına hücumunu terror aktı adlandırıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İsrail qüvvələrinin Qəzzaya istiqamətlənmiş “Qlobal Əzm Donanması”na hücumunu və fəalların saxlanmasını kəskin şəkildə pisləyib. Nazirlik rəsmisi bəyanatında İsrailin mülki fəalların rəhbərlik etdiyi gəmilərə qarşı hücumunu “beynəlxalq prinsiplərin açıq-aşkar pozulması” və “terror aktı” kimi qiymətləndirib.

2 Oktyabr 2025 11:57
İran İsrailin Qəzza yardım flotiliyasına hücumunu terror aktı adlandırıb

BAKI, AzerVoice, Fərid Mikayılov

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İsrail qüvvələrinin Qəzzaya istiqamətlənmiş Əzm Flotiliyasına hücumunu və fəalların saxlanmasını kəskin şəkildə pisləyib.

AzerVoice xəbər verir ki, nazirlik rəsmisi bəyanatında İsrailin mülki fəalların rəhbərlik etdiyi gəmilərə qarşı hücumunu “beynəlxalq prinsiplərin açıq-aşkar pozulması” və “terror aktı” kimi qiymətləndirib.

O, flotiliyada iştirak edən və müxtəlif ölkələrdən gəlmiş parlament üzvləri, hüquqşünaslar və fəalların humanitar səylərini yüksək dəyərləndirib.

Bəqai Qəzzada mülki əhaliyə qarşı davam edən qətliamları və etnik təmizləməni vurğulayaraq, bütün dövlətlərin “işğal altındakı Fələstində soyqırımı dayandırmaq” üçün hüquqi, mənəvi və humanitar məsuliyyət daşıdıqlarını bildirib. O, beynəlxalq ictimaiyyəti baş verənlərə qarşı dərhal və qətiyyətli addımlar atmağa çağırıb.

Xatırladaq ki, 40-dan çox gəmidən ibarət və 500-ə yaxın iştirakçını əhatə edən Qlobal Əzm Donanması İsrailin Qəzza blokadasına qarşı ən böyük mülki müqavimət təşəbbüslərindən biri hesab olunur. Çərşənbə günü axşamı İsrail qüvvələri beynəlxalq sularda 13 gəmini ələ keçirərək 37 ölkədən 200-dən çox şəxsi saxlayıb. Hadisə dünya miqyasında etirazlara və diplomatik gərginliyə səbəb olub.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #İsrail və Fələstin münaqişəsi 2025 #İsrail və Qəzza münaqişəsi #Azadlıq Flotiliyası #Qəzzaya yol alan flotiliya #Qlobal Əzm Donanması

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.