İsrail hücumundan sonra donanmadan xəbər yoxdur
İsrailin Əzm Flotiliyasına hücumundan sonra donanmanın son vəziyyətini yayımlayan bütün ekranlar qaraldı və əlaqə kəsildi.
İran İsrailin Qəzza yardım flotiliyasına hücumunu terror aktı adlandırıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İsrail qüvvələrinin Qəzzaya istiqamətlənmiş “Qlobal Əzm Donanması”na hücumunu və fəalların saxlanmasını kəskin şəkildə pisləyib. Nazirlik rəsmisi bəyanatında İsrailin mülki fəalların rəhbərlik etdiyi gəmilərə qarşı hücumunu “beynəlxalq prinsiplərin açıq-aşkar pozulması” və “terror aktı” kimi qiymətləndirib.
İsrail gəmiləri Qəzzaya yollanan “Əzm Donanması”na qarşı tərxibata başlayıb
Sentyabrın ortalarında Tunisdən yola çıxan “Əzm Donanması” daha öncə İspaniyadan hərəkətə başlayıb. Donanmada 45-ə yaxın gəmi və 40-dan çox ölkədən yüzlərlə aktivist iştirak edir. Onlar uşaq qidası, ərzaq və tibbi ləvazimatlar daşıyır və missiyanın tamamilə zorakılıqdan uzaq olduğunu vurğulayırlar.
Azadlıq Flotiliyası Tunisdən yola düşməyə hazırlaşır
İsrailin blokadasını yarmaq üçün Qəzzaya doğru irəliləyən Azadlıq Flotiliyası Tunisdən yola düşmək üçün son hazırlıqlarını görür. Azadlıq Flotiliyasına Tunisdən qoşulacaq qayıqlarda yer alacaq fəallar yerli vaxtla saat 17:00-da paytaxt Tunisdəki Sidi Bu Səid limanında toplanmağa başlayıblar. Donanmanı yola salmaq üçün limana toplaşan yüzlərlə tunisli Qəzzaya və donanmaya dəstək mesajları veriblər.
Azadlıq Flotiliyası gəmisi Tunisdə dron hücumuna məruz qalıb
Qəzzaya doğru yola çıxan Azadlıq Flotiliyası gəmilərindən biri Tunisdə dron hücumuna məruz qalıb. İspaniyadan hərəkət edən Familia Madeira adlı gəmisinə Sidi Busaid limanında gecə saatlarında pilotsuz uçuş aparatı ilə bombalı hücum edilib.