Misir İranın nüvə proqramı ilə bağlı danışıqlar prosesini bərpa etməyə çalışır
Misir, İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında aparılan intensiv diplomatik təmaslar nəticəsində Qahirə, Tehran və Vaşinqtonla yanaşı, Agentliklə də İranın nüvə proqramı üzrə danışıqların bərpası istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib. Bu barədə Misir Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda məlumat verib. Bəyanatda qeyd olunur ki, xarici işlər naziri Bədr Əbdülati İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə telefon danışıqları aparıb. Nazirlik bildirib ki, danışıqlar regionda təhlükəsizlik və sabitliyin qorunması, gərginliyin azaldılması və 9 sentyabrda Qahirədə İranla BAEA arasında imzalanmış razılaşmadan sonra yaranan diplomatik dinamikanın davam etdirilməsi məqsədi daşıyır.
İran daxilində Snapback böhranı: keçmiş diplomatlar üz-üzə gəldi
İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında 2015-ci il nüvə sazişindəki “Snapback” (sanksiyaların bərpası mexanizmi) bəndi ilə bağlı açıq mübahisə genişlənərək artıq İran daxilində siyasi çəkişməyə çevrilib.