XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı keçirilib. Festivalın ilk konsertində Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri çıxış edib. Fərhad Bədəlbəyli festivalın artıq 15 ildir uğurla təşkil olunduğunu bildirib. Açılış gecəsində Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Festival avqustun 3-dək davam edəcək. Tədbirdə doqquz ölkədən musiqiçilər və rəqqaslar iştirak edirlər.
Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda diaspor nümayəndələri təltif olunub
Azərbaycan Mədəniyyət Elçilərinin l Forumunda iştirak edən pianoçu Səidə Zülfüqarovaya və Zalsburq Azərbaycan Evinin rəhbəri, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizova diaspor fəaliyyətinə görə təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalları, bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Almaniya "Bridge of Sound" orkestrinin bədii rəhbəri Xədicə Zeynalova isə təşəkkürnamə təqdim edilib.