Dostoyevskinin tarixi bəsirəti : Rusya – Ukrayna müharibəsi
Fyodor Dostoyevski yaradıcılığı sadəcə bədii ədəbiyyatın və insan psixologiyasının dərinliklərini araşdıran bir irs deyil, həm də gələcəyin siyasi mənzərəsini onilliklər əvvəl cızan bəsirətli bir uzaqgörənlik nümunəsidir. Böyük yazıçının XIX əsrdə dilə gətirdiyi fəlsəfi və publisistik fikirlər, XXI əsrin reallıqlarında – xüsusilə cəmiyyətlərdə ateizmin yayılması, inqilabların gətirdiyi xaos və postsovet məkanındakı kəskin hərbi-siyasi böhranlar fonunda yenidən diqqət çəkir. Müəllif sanki əsrlər sonra baş verəcək geosiyasi qırılmaların, müasir regional münaqişələrin gedişatını və milli kimlik qarşıdurmalarını əvvəlcədən təhlil edir, bu mürəkkəb proseslərin hansı nöqtəyə varacağını öz baxış bucağından təxmin edirdi.
Bu gün türk düşməni Fyodor Dostoyevski ölüm cəzasına məhkum edilib
1849-cu il noyabrın 16-da Rusiya məhkəməsi Fyodor Dostoyevskini radikal bir intellektual qrupla əlaqəli hökumət əleyhinə fəaliyyətlərdə ittiham edərək ölüm cəzasına məhkum etdi. Onun edamı son anda dayandırıldı.