Avropa İttifaqı və 26 ölkə İranda etirazçıların edamlarını pisləyib
Avropa İttifaqı və 26 ölkə İranda etirazçıların edam edilməsini pisləyib. Ölkələr Tehranı ölüm hökmündən istifadəyə son qoymağa çağırıb. Birgə bəyanatda insan hüquqlarının qorunması və əsassız saxlanılan şəxslərin azad edilməsi tələb olunub. Fransa Xarici İşlər naziri Jan-Noel Barro bəyanatın yayımlandığını açıqlayıb. Beynəlxalq tərəflər İran hakimiyyətini xalqın tələblərinə cavab verməyə çağırıblar.
İran daha iki şəxsi edam etdi
İran iki şəxsi ölkənin təhlükəsizliyini pozmaq və “terrorçu” təşkilata üzv olmaq ittihamı ilə edam edib. Bu barədə İranın yarı-rəsmi Tasnim xəbər agentliyi məlumat yayıb. Edam edilən şəxslər eyni zamanda “cinayətkar qruplar vasitəsilə silahlı üsyan, atəş açma və terror təşkilatının məqsədlərinə uyğun qətl cəhdləri” ilə də ittiham olunublar.
Banqladeş məhkəməsi sabiq baş nazir Şeyx Hasinanı ölüm cəzasına məhkum etdi
Banqladeşdə məhkəmə ölkənin sabiq baş naziri, hazırda Hindistanda yaşayan Şeyx Hasinanı “insanlığa qarşı cinayətlər”də təqsirli bularaq ölüm cəzasına məhkum edib. Dəkkədə keçirilən dinləmədə hakim Qulam Murtuza Muzumdir bildirib ki, 78 yaşlı Hasina 2024-cü il tələbə üsyanı zamanı baş verən zorakılıqlara görə “qətl əmrini vermək, təşviqat aparmaq və müdaxilə etməmək” kimi üç ayrı maddə üzrə günahkar bilinib. “Cəza – edam”, – deyə hakim elan edib.