D-8 Media Forumunda Bakı Bəyannaməsi qəbul olunub
Bakıda keçirilən “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunda üzv dövlətlər arasında media sahəsində birgə inkişaf və əməkdaşlıq ilə bağlı Bakı Bəyannaməsi imzalanıb.
Azərbaycanda yaradılacaq Media Mükəmməlliyi Mərkəzinin əsas məqsədi dezinformasiya ilə mübarizədir - Əhməd İsmayılov
Media Mükəmməlliyi Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi və təşəbbüsü ilə yaradılır və məqsəd D-8 ölkələrində dezinformasiya və saxta xəbərlərlə mübarizə aparmaq, media sahəsində ixtisas artırmaq, kadr hazırlığı prosesini təşkil etmək və bu sahədə layihələr həyata keçirməkdir. Bunu bu gün Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən D-8 Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Bakıda D-8 Media Forumu keçirilir
Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksək vəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirilir.