Bayraktar KIZILELMA növbəti sınaqları uğurla başa vurub
Bayraktar KIZILELMA layihəsinə 2021-ci ildə start verilib. İlk prototip — TC-ÖZB quyruq nömrəli KIZILELMA — 14 noyabr 2022-ci ildə istehsal xəttindən çıxaraq Çorlu AKINCI Uçuş Təlim və Sınaq Mərkəzinə gətirilib. Burada uğurla yer testlərini tamamladıqdan sonra təyyarə 14 dekabr 2022-ci ildə ilk uçuşunu həyata keçirib.
İHA-122 ilə Türkiyə qlobal liderdir - Səlcuq Bayraktar
İHA-122, qurudan atılan TRG-122 raketinin PUA-lardan buraxılmaq üçün uyğunlaşdırılmış versiyasıdır. Roketsan və Baykarın strateji əməkdaşlığı nəticəsində inkişaf etdirilən bu raket, səsdən yüksək sürəti, kəskin manevr qabiliyyəti və metraltı dəqiqlik səviyyəsi ilə qabaqcıl hava hücumundan müdafiə sistemlərindən yayına bilir. İHA-122, ucuz istehsal xərcləri və sürətli istehsal imkanları ilə Türkiyəyə göz qabağından kənarda strateji hücum üstünlüyü təmin edir.
Yaponiyanın müdafiə naziri Baykarı ziyarət edib
Yaponiyanın müdafiə naziri Nakatani Gen və onu müşayiət edən nümayəndə heyəti Baykar şirkətində olub. Baykarın sosial media hesabında yayılan açıqlamada “Yaponiyanın müdafiə naziri cənab Nakatani Gen və onu müşayiət edən nümayəndə heyəti Özdemir Bayraktar Milli Texnologiya Mərkəzimizi ziyarət etdi. Onları qonaq etməkdən məmnun olduq” - deyə bildirilib. Səfər zamanı Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar və şirkətin baş direktoru Haluk Bayraktar qonaqlara şirkətin fəaliyyəti barədə məlumat təqdim ediblər. Görüşdə Prezident Müdafiə Sənayesi Müdiri Haluk Görgün də iştirak edib.
BAYKAR Anadoluda ilk istehsal bazasını Samsunda qurur
Samsun Böyükşəhər Bələdiyyə Başçısı Halit Doğan, milli texnologiya təşəbbüsünün öncüsü olan BAYKAR-ın Anadoluda ilk istehsal bazasını Samsunda quracağını bildirib. O, bu investisiyanın Samsun və Türkiyə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.Doğan qeyd edib ki, BAYKAR dünyanın qabaqcıl müdafiə və aerokosmik şirkətlərindən biridir və ölkənin milli texnologiya təşəbbüsünün memarıdır. O, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğan, Sənaye və Texnologiya nazirləri Mehmet Fatih Kaçır, Haluk Bayraktar, Səlcuq Bayraktar, Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsinin sədri və Samsun millət vəkili Mehmet Muş və digər bütün layihədə əməyi olanlara təşəkkürünü bildirib.
AKINCI LGK-82 ilə hədəfi millimetr dəqiqliyi ilə vurub
Baykar Technology tərəfindən hazırlanmış Bayraktar AKINCI üzərində ASELSAN istehsalı LGK-82 lazer bələdçi dəsti ilə həyata keçirilən sınaq atışında hədəf uğurla məhv edilib. Sınaq görüntülərini Baykar Texnologiya İdarə Heyətinin sədri Selçuk Bayraktar sosial mediada paylaşarkən, ASELSAN baş direktoru Əhməd Akyol AKINCI-nın döyüş sahəsində öz gücünü təsdiqlədiyini bildirib.
Türkiyə Silahlı Qüvvələrində dəyişiklik - yeni təyinatlar təsdiqlənib
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasda 32 general və admiral növbəti rütbəyə, 61 polkovnik isə general və admiral rütbəsinə yüksəldilib. 29 generalın səlahiyyət müddəti bir il, 478 polkovnikin isə iki il uzadılıb.
Dünya isə bütün qurumları və qaydaları ilə iflas edib, böyük bir qaranlığa doğru gedirik - Bayraktar
“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar CNN Türk-ə verdiyi müsahibədə müdafiə sənayesi, texnologiya və bölgədəki vəziyyətlə bağlı mühüm açıqlamalar verib.
Abdullah Gül süni intellekt vasitəsilə edilən dələduzluğa qarşı hüquqi addım atdı
Onlar “investisiya fürsəti” adı altında ictimai nüfuzdan yararlanaraq milyonlarla dollar dəyərində dələduzluq həyata keçiriblər.
Keçən il Baykar 1.8 dollarliq ixracat edib
Türkiyənin yerli və milli pilotsuz uçuş aparatları istehsalçısı Baykar, 2024-cü ildə də ixracat uğurunu davam etdirərək bütün sektorlar üzrə ölkənin ən çox məhsul ixrac edən ilk 10 şirkəti sırasına daxil olub.
"Baykar" və "Leonardo" şirkətləri birgə müəssisə qurublar
"Baykar" və "Leonardo" şirkətləri tərəfindən insansız texnologiyaların inkişafı üçün birgə müəssisə qurulub.
Baykar və Leonardonun Yeni Əməkdaşlığı: LBA Systems Parisdə Sərgilənəcək
Türk müdafiə sənayesi liderlərindən Baykar, "Paris AirShow"a ilk dəfə qatılacaq.