6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

"Baykar" və "Leonardo" şirkətləri birgə müəssisə qurublar

"Baykar" və "Leonardo" şirkətləri tərəfindən insansız texnologiyaların inkişafı üçün birgə müəssisə qurulub.

16 İyun 2025 18:33
"Baykar" və "Leonardo" şirkətləri birgə müəssisə qurublar

BAKI, AzerVoice

"Baykar" və "Leonardo" şirkətləri tərəfindən insansız texnologiyaların inkişafı üçün birgə müəssisə qurulub.

AzerVoice xəbər verir ki, bu barədə məlumat iki şirkətin "Paris Air Show" sərgisində verdiyi birgə açıqlamada yer alıb.

Bildirilir ki, yeni müəssisə “LBA Systems” adlandırılıb. Bu müəssisədə tərəflər bərabər paya sahib olacaq. Şirkətin hüquqi və əməliyyat mərkəzi İtaliyada yerləşəcək. "Baykar" və "Leonardo"nun sənaye gücünü birləşdirən bu müəssisə, insansız hava sistemlərinin layihələndirilməsi, inkişafı, istehsalı və texniki xidmətinə fokuslanacaq.

"Baykar" şirkətinin rəhbəri Selçuk Bayraktar bildirib ki, şirkət aerokosmik sahənin gələcəyinin cəsarətli ideyalar və innovasiyalar üzərində qurulduğuna inanır. O qeyd edib ki, dünyanın aparıcı pilotsuz uçuş aparatı (PUA) istehsalçısı və ixracatçısı olaraq, bu ortaq müəssisə yalnız bir əməkdaşlıq deyil, gələcəyi formalaşdıracaq mühüm bir addımdır.
Bayraktar əlavə edib ki, bu əməkdaşlıq süni intellektlə dəstəklənən, əxlaqi prinsiplərə əsaslanan və qarşılıqlı işləkliyi təmin edən yeni nəsil insansız sistemlərin yaradılmasına xidmət edəcək.

"Leonardo" şirkətinin baş direktoru Roberto Çinqolani isə bildirib ki, bu ortaq müəssisə insansız texnologiyalar sahəsində qlobal təsirə malik olacaq. Onun sözlərinə görə, müdafiə sənayesindəki mürəkkəb çağırışlara qarşı texnoloji əməkdaşlıq güclü vasitədir və bu birlik təkcə Avropada deyil, qlobal miqyasda da yeni imkanlar yaradacaq.

İş bölgüsünə əsasən, "Baykar" inkişaf etmiş insansız platformaların dizaynı və inkişafı ilə məşğul olacaq. "Leonardo" isə qabaqcıl elektron sistemlər, faydalı yüklər, insanlı-insansız sistem inteqrasiyası (MUM-T) və sürü bacarıqları üzərində işləyəcək, həmçinin sertifikatlaşdırma fəaliyyətlərini icra edəcək.

Layihə çərçivəsində, tərəflər Avropa və beynəlxalq bazarlardakı imkanları birlikdə qiymətləndirməyi, gələcək əməkdaşlıq sahələrini araşdırmağı hədəfləyir. Bu potensial sahələr kommersiya tərəfdaşlıqlarından tutmuş rəqəmsal ekosistemlərdə inkişaf etdiriləcək ortaq layihələrə qədər geniş spektri əhatə edir.

İtaliyada layihəyə cəlb olunan Leonardo müəssisələri arasında "Ronchi dei Legionari"də yerləşən insansız sistemlər üzrə mərkəz, Turin şəhərində mühəndislik və sertifikatlaşdırma sahələri, Romada çoxölçülü texnologiyaların inkişafı və Qrottaqlidə qabaqcıl kompozit materialların istehsalı üzrə bölmələr var.

"Baykar" və "Leonardo" şirkətləri birgə müəssisə qurublar "Baykar" və "Leonardo" şirkətləri birgə müəssisə qurublar "Baykar" və "Leonardo" şirkətləri birgə müəssisə qurublar "Baykar" və "Leonardo" şirkətləri birgə müəssisə qurublar "Baykar" və "Leonardo" şirkətləri birgə müəssisə qurublar "Baykar" və "Leonardo" şirkətləri birgə müəssisə qurublar "Baykar" və "Leonardo" şirkətləri birgə müəssisə qurublar "Baykar" və "Leonardo" şirkətləri birgə müəssisə qurublar "Baykar" və "Leonardo" şirkətləri birgə müəssisə qurublar
Məqalədə: #Türkiyə #Selçuk Bayraktar #İtaliya #Baykar #Leonardo #Roberto Çinqolani #LBA Systems

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
10:53
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
10:45
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.