7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Abdullah Gül süni intellekt vasitəsilə edilən dələduzluğa qarşı hüquqi addım atdı

Onlar “investisiya fürsəti” adı altında ictimai nüfuzdan yararlanaraq milyonlarla dollar dəyərində dələduzluq həyata keçiriblər.

1 İyul 2025 09:56
Abdullah Gül süni intellekt vasitəsilə edilən dələduzluğa qarşı hüquqi addım atdı

BAKI, AzerVoice

Türkiyədə süni intellekt texnologiyasından istifadə edərək məşhur şəxslərin adından saxta investisiya çağırışları edən dələduz şəbəkələr bu dəfə Türkiyənin 11-ci prezidenti Abdullah Gülün qəzəbinə səbəb olub. AzerVoice xəbər verir ki, onun görüntüsünü və səsini təqlid edən videolar sosial şəbəkələrdə yayılmağa başlayıb və Gül məsələ ilə bağlı prokurorluğa və kibercinayətkarlıqla mübarizə orqanlarına rəsmi şikayət ünvanlayıb.

Bu fırıldaqçılar daha əvvəl də tanınmış simalar – Baykar şirkətinin rəhbəri Selçuk Bayraktar və iş adamı Gülər Sabancının adından istifadə edərək minlərlə insanı aldatmışdılar. Onlar “investisiya fürsəti” adı altında ictimai nüfuzdan yararlanaraq milyonlarla dollar dəyərində dələduzluq həyata keçiriblər.

“Son vaxtlar süni intellektlə hazırlanan və mənim adıma yayılan fırıldaq xarakterli videolar təəssüf ki, internetdə dövr edir. Bu videolarla bağlı artıq prokurorluğa və kibercinayətkarlıqla mübarizə orqanlarına müraciət olunub. Bu tip paylaşımların davam etməsi səbəbindən bütün vətəndaşlarımızı bu saxtakarlıqlara qarşı diqqətli olmağa çağırıram.”- Abdullah Gül bu məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edərək bildirib:

Sosial media vasitəsilə yayılan süni intellekt fırıldaqları

Bu dələduz şəbəkələr süni intellekt texnologiyası ilə məşhur siyasətçilərin, idmançıların və jurnalistlərin səsini və görüntüsünü saxtalaşdıraraq, “sponsorlu reklam” adı altında sosial şəbəkələrdə milyonlarla istifadəçiyə çatırlar. İnsanlara məşhurların tövsiyə etdiyi guya qazanc vəd edən investisiya platformaları təqdim olunur, nəticədə isə fırıldaqçılar böyük məbləğlər əldə edirlər.

Abdullah Gülün hüquqi addımı bu cür dələduzluq fəaliyyətlərinə qarşı ciddi tədbirlərin başlanmasına təkan verə bilər. Kibertəhlükəsizlik üzrə ekspertlər isə vətəndaşlara sosial şəbəkələrdə yayılan bu cür tanımadıqları maliyyə çağırışlarına qarşı həssas və ehtiyatlı davranmağı tövsiyə edirlər.

Məqalədə: #Selçuk Bayraktar #Süni intellekt #Baykar #Hərbi süni intellekt #Süni intellekt və təhlükəsizlik #Google və süni intellekt etikası #Abdullah Gül #Süni intellektin etik problemləri #Türkiyədə ilk süni intellekt konqresi #Saxta videoların aşkarlanması #Süni intellekt fırıldağı #Saxta videolar #Sosial media dələduzluğu #Gülər Sabancı #İnvestisiya saxtakarlığı #Prokurorluq şikayəti #AI ilə dələduzluq

Mövzu üzrə digər xəbərlər

BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
ArabCars

BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb

16:09
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
Texnologiya

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib

5 Sentyabr 22:21
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətər

Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib

5 Sentyabr 19:32
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42

Son Xəbərlər

BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.