Namibiyaya demokratiya gətirmək istəyən Adolf Hitler kimdir?
Adolf Hitler Uunona — Namibiyada fəaliyyət göstərən yerli siyasətçidir. O, 3 dekabr 1965-ci ildə o vaxt “South West Africa” adlanan bölgədə dünyaya gəlib. Uunona uzun illərdir Namibiyanın şimalında yerləşən Ompundja dairəsində ictimai-siyasi fəaliyyət göstərir və 2004-cü ildən bəri həmin dairənin məclis üzvüdür. O, ölkənin ən böyük siyasi partiyalarından biri olan SWAPO-nun nümayəndəsidir. Uunona 2010, 2015 və 2020-ci illərdə keçirilən seçkilərdə dəfələrlə qalib gələrək vəzifəsini davam etdirib. Xüsusilə 2020-ci il seçkilərində o, səsvermənin təxminən 85 faizini qazanaraq beynəlxalq medianın diqqətini cəlb edib. Səbəb isə onun adının “Adolf Hitler” olmasıdır.
Adolf Hitler yenidən Namibiyada seçkilərdə iştirak edəcək
Namibiyanın şimalındakı Ompundja dairəsinin yerli şura üzvü Adolf Hitler Uunona qarşıdan gələn bələdiyyə seçkilərində yenidən namizədliyini irəli sürdüyünü açıqlayıb.