7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Adolf Hitler yenidən Namibiyada seçkilərdə iştirak edəcək

Namibiyanın şimalındakı Ompundja dairəsinin yerli şura üzvü Adolf Hitler Uunona qarşıdan gələn bələdiyyə seçkilərində yenidən namizədliyini irəli sürdüyünü açıqlayıb.

25 Noyabr 2025 21:48
Adolf Hitler yenidən Namibiyada seçkilərdə iştirak edəcək

BAKI, AzerVoice,Orxan Qədirzadə

Namibiyanın şimalındakı Ompundja dairəsinin yerli şura üzvü Adolf Hitler Uunona qarşıdan gələn bələdiyyə seçkilərində yenidən namizədliyini irəli sürdüyünü açıqlayıb.

AzerVoice xəbər verir ki, Uunona uzun illərdir ölkədə hakimiyyətdə olan Cənub-Qərbi Afrika Xalq Təşkilatını (SWAPO) təmsil edir və 2004-cü ildən etibarən Ompundja regionunun nümayəndəsidir. O, son seçkilərdə təxminən 85 faiz səs toplayaraq yerini qoruyub saxlamışdı.

Siyasətçi Almaniyanın Bild qəzetinə verdiyi müsahibədə 26 noyabrda keçiriləcək yerli seçkilərdə artıq beşinci dəfə iştirak edəcəyini təsdiqləyib.

Uunona 2020-ci ildə verdiyi müsahibəsində atasının ona bu adı verdiyini, lakin böyük ehtimalla Adolf Hitler adının mənasını bilmədiyini söyləmişdi. O bildirib ki, “Hitler” adından yalnız rəsmi sənədlərdə və seçki bülletenlərində istifadə edir. Uşaqlıqda bu ad ona adi gəlsə də, böyüdükdən sonra tarixdə həmin adın nə ilə əlaqələndirildiyini öyrənib.

Namibiyada 1990-cı ildə müstəqillik əldə olunduqdan sonra hakimiyyətə gələn SWAPO Apartheid rejiminə qarşı mübarizəsi ilə tanınır və ölkədə keçirilmiş bütün milli seçkilərdə qalib gəlib. Uunona da partiyanın uzunmüddətli üzvlərindən hesab olunur.

Namibiyanın siyasi mühitinə ölkənin ağır kolonial keçmişi də təsir göstərir. 1904–1908-ci illərdə Almaniyanın törətdiyi kütləvi qırğınlar nəticəsində herero xalqının ən azı 70 faizi, nama xalqının isə 50 faizdən çoxu həlak olmuşdu. Bu hadisələr XX əsrin ilk soyqırımı kimi qiymətləndirilir.

2018-ci ildə Almaniya həmin dövrə aid 25 nəfərin kəllə sümüklərini Namibiyaya qaytardı. 2021-ci ildə Berlin rəsmən bu cinayətləri soyqırımı kimi tanısa da, kompensasiya ödəməkdən imtina etdi. Bunun əvəzinə Almaniya 30 il ərzində ölkənin inkişaf proqramlarına 1,3 milyard dollar ayırmağı vəd edib.

Məqalədə: #Adolf Hitler Uunona Namibiyada yenidən seçkilərə gedir #Namibiyada mübahisəli ad daşıyan siyasətçi beşinci dəfə namizəd oldu #SWAPO siyasətçisi seçkilər öncəsi açıqlama verdi #Namibiya seçkiləri #Adolf Hitler Uunona kimdir #Ompundja regionu Namibiya #SWAPO partiyası #Namibiya siyasəti #Namibiyada yerli seçkilər #Almaniya kolonial dövrü #Herero və Nama soyqırımı #Namibiyada siyasi gündəm #Namibiya–Almaniya münasibətləri #Namibiyada Adolf Hitler adını daşıyan siyasətçinin seçkilərdə iştirakı #SWAPO partiyasının Ompundja üzrə nümayəndəsi kimdir #Namibiyanın kolonial tarixinin seçkilərə təsiri #Adolf Hitler Uunona niyə belə adlandırılıb #Namibiyada 2025 yerli seçkilərinin əsas namizədləri

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

6 Sentyabr 11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.