İran və Oman Hörmüz boğazının bölgüsü ilə bağlı razılığa gəlib
İran və Oman Hörmüz boğazı ilə bağlı razılığa gəlib. Açıqlamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü verib. Tərəflər arasında danışıqlar təxminən bir ay əvvəl başlayıb. İran rəsmisi danışıqların hər iki tərəfin qəbul etdiyi nəticə ilə yekunlaşdığını bildirib. Razılaşma Hörmüz boğazının sularında İran və Omanın paylarını əhatə edir. Boğazdan əldə olunan gəlirlərin bölgüsü ilə bağlı da razılığın əldə edildiyi bildirilir. Razılaşmanın konkret bölgü nisbətləri açıqlanmayıb. İran tərəfi ABŞ-ni danışıqları ləngitməkdə ittiham edib.
Livan və Cənubi Kipr arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi üzrə anlaşma imzalanıb
Livan və Cənubi Kipr Rum İdarəsi (GKRY) arasında dəniz səlahiyyət sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi barədə anlaşma imzalanıb. İmzalanma mərasimi başkənd Beyrutdakı Baabda Sarayında keçirilib. Tədbirdə Livan Prezidenti Cozef Aun, GKRY lideri Nikos Hristodulidis və Livan Bayındırlıq və Nəqliyyat Naziri Fayiz Rasamini iştirak ediblər. Mərasimdən sonra birgə mətbuat konfransında çıxış edən Aun, anlaşmanın imzalanmasından məmnunluğunu ifadə edib. O bildirib ki, bu razılaşma sayəsində Livan və Cənubi Kipr Rum İdarəsi dəniz resurslarını kəşf etmək və bu sahədə ortaq əməkdaşlığı genişləndirmək imkanına sahib olacaq.