Trampın Venesuela açıqlaması - ABŞ neft ehtiyatlarını ikiqat artıra bilərmi?
ABŞ Prezidenti Donald Tramp Venesuela ilə “dünya tarixinin ən böyük neft sazişi” adlandırdığı razılaşmaya nail olduqlarını açıqlayıb. Trampın sözlərinə görə, ABŞ özəl sektorla tərəfdaşlıq çərçivəsində Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatının böyük hissəsinə nəzarət əldə edib.
İran Hörmüz boğazına nəzarət etdiyini bildirir, ABŞ dəniz blokadasında israrlıdır
İran rəsmiləri Hörmüz boğazında gəmi hərəkətinə nəzarətin Tehranın əlində olduğunu bildirərək ABŞ-ın bölgədəki mövqeyinə qarşı çıxıblar. İran rəsmiləri boğazdan heç bir gəminin ölkənin icazəsi və nəzarəti olmadan keçə bilməyəcəyini vurğulayıb. İranın ali rəhbərinin müşaviri Məhəmməd Müxbir isə Tehranın tələbləri yerinə yetirilmədiyi halda “hücum xarakterli müharibə” strategiyasına keçə biləcəyini açıqlayıb.
Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib
Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd Əl-Budayvi İranın son hücumlarını pisləyib. O bildirib ki, dəniz keçidlərinə yönələn hücumlar qlobal enerji təhlükəsizliyini təhdid edir. Baş katib İranın beynəlxalq hüququ pozduğunu bəyan edib. O, BMT Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti İranın hücumlarının qarşısını almağa çağırıb. Əl-Budayvi gəmiçiliyin hədəfə alınmasının naviqasiya azadlığına təhlükə yaratdığını vurğulayıb. O, həmçinin husilərin Səudiyyə Ərəbistanına qarşı təhdidlərini və Bab əl-Məndəb boğazını bağlamaq planlarını qınayıb. KƏŞ regionda sabitliyin və beynəlxalq dəniz təhlükəsizliyinin qorunmasının vacibliyini bəyan edib.
Dərin qeyri-müəyyənlik... Tehranda qərar qəbuletmə aparatı dağılıbmı?
İran və ABŞ arasında qarşıdurmanın yenidən kəskinləşməsi fonunda strateji diqqət nüvə proqramından Hörmüz boğazına yönəlib. Hazırkı mərhələdə əsas sual İranın uranı zənginləşdirib-zənginləşdirməyəcəyi deyil, Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün təhlükəsiz və fasiləsiz açıq qalıb-qalmayacağıdır. Münaqişənin əvvəlki mərhələsində diplomatik səylər İranın nüvə proqramı, uranın zənginləşdirilməsi səviyyəsi, beynəlxalq yoxlamalar, sanksiyaların yumşaldılması və Tehranın yeni məhdudiyyətləri qəbul edib-etməməsi ətrafında cəmləşirdi. Lakin hərbi əməliyyatların yenidən başlaması ilə strateji ağırlıq mərkəzi dəyişərək Hörmüz boğazına keçib.
Beynəlxalq Enerji Agentliyi: Qlobal neft ehtiyatları sürətlə tükənir
Beynəlxalq Enerji Agentliyi xəbər verir ki, ABŞ-İsrail gərginliyi və Hörmüz boğazının blokadası səbəbindən qlobal kommersiya neft ehtiyatları sürətlə azalır. Strateji ehtiyatların bazara buraxılması gündəlik neft təchizatını artırsa da, tələbat artımı ehtiyatların tükənməsini sürətləndirəcək.
Səudiyyə müharibə zamanı zərər görmüş enerji obyektlərini bərpa edir
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi ABŞ və İran arasındakı hərbi gərginlik fonunda hədəf alınan strateji enerji infrastrukturunun bərpası ilə bağlı mühüm rəsmi məlumat yayıb. Nazirlik hücumların dünya neft bazarına təsirini minimuma endirmək üçün təmir işlərinin sürətlə tamamlandığını bildirib.
ABŞ gəmiləri Hörmüz boğazına daxil olub - Axios
"Axios" xəbər portalı mənbələrə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmiləri bu şənbə günü strateji əhəmiyyətli Hürmüz boğazından keçib. Bu addım regionda gərginliyin azaldılması və ticarət yollarının təhlükəsizliyi istiqamətində mühüm hərbi-siyasi mesaj kimi qiymətləndirilir.