Milli Məclisin sədri Sahibə Qafarova Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşdü
Yanvarın 25-də Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musalam ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova APA-nın 16-cı Plenar Sessiyasında iştirak üçün Bəhreynə səfər edib
Sahibə Qafarova Asiya Parlament Assambleyasının 16-cı Plenar Sessiyasının açılış mərasimində iştirak etmək üçün Bəhreyn Krallığına səfərə gəlib.
APA-nın Siyasi İşlər və Fələstin Komitələrinin görüşləri dekabrda İranda keçiriləcək
İran Parlamenti Asiya Parlament Assambleyasının (APA) Siyasi İşlər Daimi Komitəsi və Fələstin Komitəsinin toplantılarına müqəddəs Məşhəd şəhərində ev sahibliyi edəcək. İki APA komitəsinin görüşləri dekabrın 3-dən 6-dək İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində keçiriləcək. Tədbir çərçivəsində Asiyanın müxtəlif ölkələrindən 15 parlament nümayəndə heyəti bir araya gələrək əməkdaşlıq təşəbbüsləri və Fələstin də daxil olmaqla əsas siyasi məsələlər üzrə müzakirələr aparacaq.
Milli Məclisin sədri Sahibə Qafarova Fələstin Dövlətinin ölkəmizdəki səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 3-də Fələstin Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb. Bu barədə AzerVoice-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə spiker Sahibə Qafarova səfiri ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb. Söhbət zamanı xalqlarımız arasında ortaq dəyərlər əsasında qurulmuş dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu qeyd edilib. Ötən dövr ərzində iki ölkə arasında əlaqələrin əhəmiyyəti, beynəlxalq çərçivədə qarşılıqlı dəstəyin önəmi vurğulanıb. Səfir Əhməd Metani Fələstin xalqına dəstəyi, həmçinin münaqişənin həllində göstərdiyi səylərə görə Azərbaycana təşəkkürünü bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xüsusi qeyd edərək, müsbət təəssüratlarını bölüşüb.