5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan və Bəhreyn arasında münasibətlərin inkişafı müzakirə edilib

20 Fevral 2025 14:38
Azərbaycan və Bəhreyn arasında münasibətlərin inkişafı müzakirə edilib

Bakı, AzerVoice

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Bəhreyn Krallığının Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh ilə görüşüb.

Bu barədə AzerVoice-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan paytaxtında 15-ci plenar iclasın uğurla təşkil olunduğu qeyd edilərək APA çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu təşkilat Asiya ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verən mühüm bir platformadır. Bu təşkilat üzv ölkələrin qanunverici orqanları arasında əməkdaşlığa və təmasların artmasına da imkan verir. Söhbət zamanı Azərbaycanın sədrliyi dövründə təşkilatın funksional inkişafı, üzvlərinin sıralarının genişləndirilməsi istiqamətində görülən işlər müsbət qiymətləndirilib.

Görüşdə Azərbaycan və Bəhreyn arasında münasibətlərin inkişafından da razılıq ifadə edilərək xalqlarımız arasında mövcud olan ortaq dini və mədəni dəyərlərin ölkələrimiz arasında münasibətlərə müsbət töhfə verdiyi və ölkələrimizin bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdikləri bildirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan və Bəhreyn BMT, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq əlaqələrinə malikdir.

Tərəflər beynəlxalq parlament təşkilatları, o cümlədən, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əməkdaşlıqla bağlı fikirlərini ifadə ediblər. Qeyd olunub ki, Parlament Şəbəkəsi parlamentlərarası əməkdaşlığı təşviq etmək üçün mühüm platformaya çevrilməkdədir.

Görüşdə ölkələrimizin parlamentləri arasında münasibətlərə dair də fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Sahibə Qafarova özünün Bəhreyn Krallığına işgüzar səfərini, həmçinin qarşı tərəflə bundan öncə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq qeyd edib ki, qanunverici orqanlarımız arasında əlaqələri daha da dərinləşdirmək üçün yaxşı imkanlar mövcuddur. Qarşılıqlı səfərlərin və sıx təmasların bu istiqamətdə vacib rol oynaya biləcəyi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Məqalədə: #Azərbaycan #Milli Məclis #İslam Əməkdaşlıq Təşkilatı #Sahibə Qafarova #Qoşulmama Hərəkatı #Bəhreyn #Asiya Parlament Assambleyası #Əli Saleh Abdulla Əlsaleh #Azərbaycan-Bəhreyn münasibətləri #Qanunverici orqanlar arasında əlaqələr #Parlamentlərarası əməkdaşlıq #Milli Məclisin beynəlxalq əlaqələri #Siyasi və iqtisadi əməkdaşlıq

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
İordaniya

İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

4 Sentyabr 10:01
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.