Maduro bu gün Nyu-Yorkda məhkəmə qarşısına çıxacaq
Venesuela Prezidenti Nikolas Maduro bu gün ABŞ-ın Nyu-York şəhərində məhkəmə qarşısına çıxacaq. ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına əsasən, Maduro, həyat yoldaşı, oğlu Nikolas Maduro Guerra, Venesuelanın daxili işlər naziri Diosdado Cabello, keçmiş daxili işlər naziri Ramon Rodriqez Çacín və “Tren de Araqua” cinayət qruplaşmasının lideri Hector Rusthenford Guerrero Flores barəsində tərtib edilmiş ittiham aktı üzrə məxfilik əvvəlki gün aradan qaldırılıb.
Tramp Meksika və Kolumbiya ilə bağlı sərt bəyanatlar verdi
ABŞ Prezidenti Donald Tramp Meksika və Kolumbiya ilə bağlı sərt açıqlamalar verərək, regionda təhlükəsizlik və narkotik dövriyyəsi məsələlərini gündəmə gətirib. Florida ştatında istirahətdən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə danışan Tramp, Venesuelaya qarşı həyata keçirilən hərbi müdaxilələrin “doğru və haqlı” olduğunu iddia edib. Onun sözlərinə görə, Venesueladan ABŞ-yə böyük həcmdə narkotik daşınır və ölkənin Prezidenti Nikolas Maduro “narko-terror dövləti” idarə edir.
ABŞ-ın Venesuelaya hərbi müdaxiləsinə etiraz olaraq Ağ Ev qarşısında aksiya keçirilib
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelaya qarşı hərbi müdaxiləsi və Venesuela Prezidenti Nikolas Maduronun saxlanılmasına etiraz məqsədilə Vaşinqtonda, Ağ Evin qarşısında nümayiş təşkil olunub. ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini pisləmək üçün toplaşan etirazçılar “Neft naminə qan tökülməsin”, “Bu müharibə qanunsuzdur”, “ABŞ, Latın Amerikasından əlini çək” və “Konqres, Trampın müharibəsini dayandır” şüarları yazılmış plakatlar qaldırıblar.
Venesuela xalqının rifahı hər şeydən üstün olmalıdır - Roma Papası
Papa XIV Leo bazar günü ABŞ əməliyyatı nəticəsində Prezident Nikolas Maduronun devrilməsindən sonra Venesuelada xalqın rifahının üstün tutulmalı olduğunu bildirib və ölkənin suverenliyinin təmin edilməsinə çağırıb.
OPEC+ neft hasilatını sabit saxlayacaq
OPEC+ ölkələri artan siyasi və geosiyasi qeyri-müəyyənliyə baxmayaraq, neft hasilatını sabit saxlamaq barədə prinsipial razılığa gəlib. Səkkiz əsas üzv — Səudiyyə Ərəbistanı, Rusiya, BƏƏ, Qazaxıstan, Küveyt, İraq, Əlcəzair və Oman dünya neftinin yarısını hasil edir. Qrup 2025-ci ilin aprel–dekabr aylarında hasilatı gündəlik 2,9 milyon barel artırsa da, noyabrda əlavə artımı dayandırmaq qərarına gəlib.
Nikolas Maduro ABŞ-də ilk dinləməyə çıxarılır
Rəsmilərin məlumatına görə, Venesuela Prezidenti Nikolas Maduronun işi ilə bağlı Manhetten Federal Məhkəməsində ilk dinləmənin bazar ertəsi keçirilməsi gözlənilir. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı ittihamnamədə Nikolas Maduro “korrupsiyalaşmış, qanunsuz hökumət” çərçivəsində genişmiqyaslı narkotik qaçaqmalçılığı əməliyyatlarını idarə etməkdə ittiham olunur və bu fəaliyyət nəticəsində ABŞ-a minlərlə ton kokain gətirildiyi bildirilir.
Madurodan sonra xaosmu, yoxsa demokratiya? ABŞ ssenarisi sual altındadır
ABŞ prezidenti Donald Tramp şənbə günü bildirib ki, ölkəsi Venesuelanı “təhlükəsiz, sabit və ağıllı bir keçid mümkün olana qədər” idarə edəcək. Bu açıqlama ABŞ-ın keçirdiyi hərbi əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşının saxlanılmasından sonra səsləndirilib.
Çin ABŞ-dan Maduronun dərhal azad edilməsini tələb edir
Çinin Xarici İşlər Nazirliyi bazar günü yaydığı bəyanatda ABŞ-ni Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşını dərhal azad etməyə çağırıb, Venesueladakı böhranın isə dialoq və danışıqlar yolu ilə həll edilməli olduğunu bildirib. Nazirliyin rəsmi saytında dərc olunan açıqlamada vurğulanıb ki, ABŞ Maduronun və onun həyat yoldaşının təhlükəsizliyini təmin etməlidir. Bəyanatda onların saxlanılmasının beynəlxalq hüquq və beynəlxalq normaların açıq şəkildə pozulması olduğu qeyd edilib. Məlumatı “Reuters” agentliyi yayıb.
Venesuela Ali Məhkəməsi Delsi Rodriqesi müvəqqəti olaraq dövlət başçısı təyin edib
Venesuela Ali Məhkəməsi ölkənin icraçı vitse-prezidenti Delsi Rodriqesin dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq icra etməsi barədə qərar qəbul edib. Bu barədə Venesuela Ali Məhkəməsinin hakimi Tania D'Amelio “Venezolana de Televisión” televiziya kanalında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Ali Məhkəmə Respublikanın icraçı vitse-prezidenti Delsi Rodriqesin Venesuela Konstitusiyası və qanunlarına ciddi şəkildə uyğun olaraq dərhal Respublika Prezidenti vəzifələrinin icrasına başlaması barədə göstəriş verib.
BMT TŞ Venesueladakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ABŞ-ın Venesuelaya hücumu və prezident Nikolas Maduronun devrilməsi ilə əlaqədar yanvarın 5-də fövqəladə iclas keçirəcək.
Maduro Venesuelanın yeganə qanuni prezidentidir - Delsi Rodriqes
Nikolas Maduro Venesuelanın yeganə qanuni prezidenti hesab olunur. Bunu Venesuelanın vitse-prezidenti Delsi Rodriqes açıqlayıb.
ABŞ hakimiyyətin lazımi şəkildə ötürülməsi baş verənədək Venesuelada mövcudluğunu qoruyacaq - Tramp
ABŞ hakimiyyətin lazımi şəkildə ötürülməsi həyata keçirilənədək Venesuelada mövcudluğunu qoruyacaq. Bunu ABŞ Prezidenti Donald Tramp bu gün keçirilən mətbuat konfransında deyib. “Heç bir hərbi texnika itkisi olmayıb və ən əsası, heç bir hərbçi həlak olmayıb. ABŞ Silahlı Qüvvələri planetin ən güclü ordusudur, düşmənlərimizin belə təsəvvür edə bilməyəcəyi imkanlara və bacarıqlara malikdir. Bizim dünyanın ən yaxşı avadanlıqları var. Bizdə olan texnika başqa heç yerdə yoxdur - bunu sadəcə donanmaya baxmaqla da görmək olar. Dəniz yolu ilə narkotik tədarükünün 97 faizinin qarşısını almışıq və bu narkotiklər əsasən Venesuela adlı ölkədən gəlir”, – deyə o bildirib.